Bakı,
Azərbaycan
21/08/2026
-
04/09/2026
İş haqqında məlumat
- Biz müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq brendlər üçün marketinq kommunikasiyaları, kreativ konseptlər, sosial media kontenti, brendinq və tədbir layihələri hazırlayan komandayıq.
- Komandamıza vizual düşüncəsi güclü, müasir dizayn trendlərini izləyən və ideyaları keyfiyyətli vizual həllərə çevirə bilən Qrafik Dizayner axtarırıq.
Vəzifə öhdəlikləri
- Reklam kampaniyaları üçün əsas vizual konseptlərin (key visual) yaradılması və müxtəlif formatlara uyğunlaşdırılması;
- Yeni brendlər üçün loqo, rəng palitrası, tipoqrafiya və digər vizual identika elementlərinin hazırlanmasında iştirak;
- Kreativ konseptlərin hazırlanması prosesində marketinq, kontent və layihə komandası ilə birgə işləmək;
- Sosial media platformaları üçün post, story, cover, karusel və reklam vizuallarının hazırlanması;
- Təqdimatların, kommersiya təkliflərinin və korporativ materialların vizual tərtibatı;
- Tədbirlər üçün banner, backdrop, roll-up, dəvətnamə, menyu, proqram, naviqasiya elementləri və digər materialların hazırlanması;
- Buklet, flayer, poster, kataloq, vizit kartı və digər çap məhsullarının dizayn edilməsi;
- Mövcud brend qaydalarına uyğun vizual materialların hazırlanması və vizual ardıcıllığın qorunması;
- Hazır dizaynların müxtəlif ölçü və platformalara uyğunlaşdırılması;
- Faylların çapa düzgün hazırlanması və zəruri hallarda mətbəə ilə texniki koordinasiya;
- AI alətlərindən istifadə etməklə ideya axtarışının və dizayn prosesinin optimallaşdırılması.
Biz nə təklif edirik?
- Müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış brendlərlə işləmək imkanı;
- Brendinq, reklam və tədbir layihələrindən ibarət müxtəlif portfolio;
- Kreativ ideyaların dinlənildiyi və qiymətləndirildiyi iş mühiti;
- Peşəkar inkişaf və yeni bacarıqlar qazanmaq imkanı;
- Mehriban və dinamik komanda;
- Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.
İş şəraiti
- İş yeri: Bakı şəhərinin mərkəzi;
- İş qrafiki: bazar ertəsi-cümə, saat 10:00-18:00;
- Məşğulluq növü: tam iş günü;
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Tələblər
- Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- Adobe Photoshop və Adobe Illustrator proqramlarını yüksək səviyyədə bilmək;
- Kompozisiya, tipoqrafiya, rəng nəzəriyyəsi və vizual iyerarxiya üzrə güclü biliklər;
- Sosial media, rəqəmsal reklam və çap materiallarının hazırlanması üzrə praktiki təcrübə;
- Çapöncəsi hazırlıq (prepress) prinsipləri barədə bilik;
- Brend qaydaları ilə işləmək və müxtəlif materiallarda vahid vizual üslubu qorumaq bacarığı;
- Kreativ düşüncə, güclü vizual zövq və detallara diqqət;
- Eyni vaxtda bir neçə layihə üzərində sistemli işləmək və son tarixlərə riayət etmək bacarığı;
- Azərbaycan dilini yaxşı səviyyədə bilmək;
- Portfolio təqdim edilməsi mütləqdir.
Üstünlük hesab olunur
- Adobe After Effects və ya digər motion design proqramlarında işləmək bacarığı;
- Video materialların sadə montajı və animasiyası üzrə biliklər;
- Tədbirlərin vizual tərtibatı üzrə təcrübə;
- İngilis və rus dili bilikləri (seçim zamanı həlledici tələb deyil);
- ChatGPT, Adobe Firefly, Midjourney və digər AI alətlərindən iş prosesində səmərəli istifadə bacarığı.
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik və işə sistemli yanaşma;
- Təşəbbüskarlıq və yaradıcı düşüncə;
- Komanda ilə işləmək bacarığı;
- Açıq kommunikasiya və konstruktiv rəyə düzgün münasibət;
- Vaxtı düzgün idarə etmək bacarığı;
- Detallara diqqət və keyfiyyətə tələbkarlıq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun