AEM Elektron

Qrafik dizayner

AEM Elektron
Ə/h razılaşma ilə
356
Tam iş günü
Bakı, Azərbaycan
03/09/2026 - 17/09/2026

İş haqqında məlumat

  • Şirkətin İT məhsulları, videonəzarət və təhlükəsizlik sistemləri, şəbəkə avadanlıqları və digər məhsul kateqoriyaları üzrə kreativ və funksional vizual materialların hazırlanması;
  • Sosial media platformaları üçün məhsul, kampaniya, endirim, yeni məhsul və xüsusi təkliflərə uyğun kreativ dizaynların hazırlanması;
  • Məhsul kataloqları, broşürlər, flayerlər, bannerlər, posterlər, POS materialları və digər çap/digital reklam materiallarının dizayn edilməsi;
  • Yeni məhsul və brendlərin vizual təqdimat konsepsiyalarının hazırlanması və brend kimliyinə uyğunlaşdırılması;
  • Məhsulların texniki xüsusiyyətlərinin, üstünlüklərinin və funksional imkanlarının vizual və asan anlaşılan formatda təqdim edilməsi;
  • Şirkətin əməkdaşlıq etdiyi brendlərin Brand Guidelines və korporativ identiklik standartlarına uyğun dizaynların hazırlanması;
  • Məhsul fotoşəkillərinin retuşu, rəng korreksiyası, fonun təmizlənməsi, kompozisiya və ölçü baxımından optimallaşdırılması;
  • Satış və marketinq komandalarının gündəlik məhsul, kampaniya və kommunikasiya üzrə dizayn ehtiyaclarının operativ şəkildə təmin edilməsi;
  • Reklam və marketinq kampaniyaları üçün kreativ ideyaların və vizual konsepsiyaların hazırlanmasında iştirak;
  • Çapa təqdim olunan materialların ölçü, rezolyusiya, rəng modeli, bleed və digər texniki tələblərə uyğun hazırlanması;
  • Mövcud dizaynların analiz edilməsi, yenilənməsi və vizual keyfiyyətinin təkmilləşdirilməsi;
  • Şirkətin vizual kommunikasiya üslubunun vahid və peşəkar şəkildə qorunmasına töhfə vermək;
  • Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqların vaxtında, keyfiyyətli və məsuliyyətli şəkildə icra edilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (Qrafik dizayn, Dizayn, Marketinq və ya əlaqəli sahələr üzrə);
  • Qrafik dizayn sahəsində iş təcrübəsi;
  • Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək bacarığı;
  • Adobe InDesign və Figma proqramlarında işləmək bacarığı üstünlükdür;
  • Kompozisiya, rəng, tipoqrafiya və vizual dizayn prinsipləri üzrə bilik;
  • Sosial media və rəqəmsal reklam dizaynları üzrə anlayış;
  • İT və texnologiya məhsullarına maraq və məhsul xüsusiyyətlərini vizual formada təqdim etmək bacarığı;
  • Kreativ düşüncəli, məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək və verilən tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək bacarığı;
  • Portfolio təqdim edilməsi arzuolunandır.

İş şəraiti:

  • İş qrafiki: 5 gün, 09:00–18:00
  • Müsahibə zamanı razılaşdırılır.
  • Peşəkar inkişaf imkanları
  • Müasir və dinamik iş mühiti
  • Kreativ layihələr və müxtəlif İT məhsulları üzərində işləmək imkanı
  • Mehriban və dəstəkləyici iş mühiti

Oxşar vakansiyalar