Bakı,
Azərbaycan
07/09/2026
-
21/09/2026
İş haqqında məlumat
Çap və promo məhsulların hazırlanması üzrə komandamıza yaradıcı və məsuliyyətli Qrafik Dizayner axtarırıq.
Vəzifə öhdəlikləri
- Müxtəlif çap və promo məhsulları üçün dizaynların hazırlanması
- Müştəri sifarişlərinə uyğun dizaynların hazırlanması və redaktəsi
- Dizaynların çapa hazırlanması
- Sosial media və reklam üçün vizual materialların hazırlanması
- Mövcud dizaynların müştəri tələblərinə uyğun dəyişdirilməsi
- Dizaynların texniki çap tələblərinə uyğun hazırlanmasına nəzarət
- Satış və istehsal komandası ilə koordinasiyalı işləmək
- Bir neçə sifarişin eyni vaxtda düzgün planlaşdırılması və icrası
Tələblər
- Bəy və xanım namizədlər
- 18–30 yaş aralığı
- Qrafik dizayn sahəsində praktiki təcrübə
- CorelDRAW, Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmə bacarığı
- Çap və promo məhsullarının hazırlanma prosesini bilmək
- Ölçü, rezolyusiya, rəng rejimi və faylların çapa hazırlanması barədə anlayış
- Kompozisiya, rəng və tipoqrafiya üzrə yaxşı zövq
- Kreativ düşüncə və detallara diqqət
- Müştəri istəyini düzgün anlayaraq dizayna tətbiq etmək bacarığı
- Operativ və məsuliyyətli olmaq
- Komandada işləmək bacarığı
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək
Çap və promo məhsulları sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şərtləri
- İş günləri: Həftə içi 6 gün
- İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00, Şənbə: 10:00–16:00
- Əmək haqqı: 600 AZN
- İş sahəsi: Çap və promo məhsullar
- Dinamik və inkişaf yönümlü iş mühiti