Energy Monitoring MMC

Qrafik Dizayner / Motion Dizayner

Energy Monitoring MMC
Ə/h razılaşma ilə
371
Tam iş günü
Bakı, Azərbaycan
08/06/2026 - 22/06/2026

İş haqqında məlumat

Hazırda marketinq və korporativ kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Qrafik Dizayner / Motion Dizayner vəzifəsi üzrə peşəkar namizədlərin müraciətlərini qəbul edirik. 

Vəzifə öhdəlikləri:

  • Şirkətin korporativ standartlarına uyğun qrafik dizayn materiallarının hazırlanması; 
  • Sosial media, veb-sayt və digər rəqəmsal platformalar üçün vizual məzmunların yaradılması; 
  • Motion qrafika, animasiya və video kontentlərin hazırlanması; 
  • Korporativ təqdimatlar, broşürlər, kataloqlar, reklam materialları və digər marketinq məhsullarının dizaynı; 
  • Brend identikliyinin qorunması və inkişaf etdirilməsi; 
  • Marketinq və biznes inkişafı komandaları ilə koordinasiyalı fəaliyyət göstərilməsi; 
  • Müasir dizayn trendlərinin izlənilməsi və tətbiq olunması. 

Tələblər

  • Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə təhsil; 
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; 
  • Adobe Photoshop, Adobe Illustrator və Adobe After Effects proqramlarında yüksək səviyyədə işləmə bacarığı; 
  • Video montaj proqramları (Adobe Premiere Pro, DaVinci Resolve və s.) üzrə biliklər; 
  • Kreativ yanaşma, vizual düşünmə və detallara diqqət; 
  • Vaxtın effektiv idarə olunması və komanda ilə işləmə bacarığı; 
  • Portfolio təqdim olunması mütləqdir. 

Üstünlük veriləcək namizədlər:

  • Enerji, texnologiya və ya sənaye sektorunda dizayn təcrübəsi olanlar; 
  • 3D qrafika və animasiya proqramları üzrə biliklərə malik şəxslər; 
  • UI/UX dizayn sahəsində ilkin bilik və təcrübəsi olan namizədlər. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.