Emsan

Qrafik Dizayner (Təcrübəçi) – Təcrübə Proqramı

Emsan
200 ₼
362
Tam iş günü
Bakı, Azərbaycan
07/10/2026 - 07/11/2026

İş haqqında məlumat

Siz yaradıcı düşüncənizi real layihələrdə sınamaq, sosial media kontentləri hazırlamaq və dizayn sahəsində praktiki təcrübə qazanmaq istəyirsinizsə — bu təcrübə proqramı sizin üçündür!
         Əsas vəzifə öhdəlikləri
•    Sosial media platformaları (Instagram, Facebook və s.) üçün vizual postların və digər qrafik materialların hazırlanması
•    Brend kimliyinə uyğun kreativ dizayn konseptləri işləmə bacarığı
•    Verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi 
•    Daim yenilənən dizayn trendlərini izləmək və gündəlik işlərdə tətbiq etmək 
•    Komanda ilə əməkdaşlıq edərək ideyaların vizuallaşdırılması 

Tələblər

•    Yaş: 18–25 
•    Təhsil: Ali təhsil (Qrafik dizayn, qrafika, vizual kommunikasiya və ya müvafiq sahə üzrə) 
•    Adobe Photoshop və Adobe Illustrator proqramlarında baza biliklər 
•    CorelDraw bilikləri üstünlükdür 
•    Kreativ düşüncə və güclü estetik zövq 
•    Öyrənməyə açıq, məsuliyyətli və detallara diqqətli yanaşma 

        Təcrübə proqramı haqqında
•    İş qrafiki: həftənin 5 günü, 09:00 – 18:00 
•    İstirahət günləri: Şənbə və Bazar 
•    İş yeri: 25 Plaza 
•    Təcrübə proqramı ödənişlidir 
•    Şirkət tərəfindən aylıq 200 AZN ödəniş nəzərdə tutulur 

        Biz sizə nə təklif edirik?
•    Real layihələr üzərində işləmək imkanı 
•    Peşəkar komanda ilə inkişaf etmək şansı 
•    Güclü portfolio qurmaq üçün real iş təcrübəsi 
•    Dizayn sahəsində praktiki biliklərin artırılması 

Müraciət qaydası
Mövzu hissəsində “Qrafik Dizayner (Təcrübəçi)” qeyd edərək şəkilli CV-nizi və əgər mövcuddursa, portfolio linkinizi və ya faylınızı 📧 [email protected] ünvanına göndərməyiniz xahiş olunur.