Qrafik Dizayner / Video Montaj üzrə Mütəxəssis (SMM & Digital Content)
Pilgrim Education
Ə/h razılaşma ilə
563
Tam iş günü
Bakı,
Azərbaycan
17/11/2025
-
17/12/2025
İş haqqında məlumat
Pilgrim Education brendimizin vizual inkişafına töhfə verəcək, kreativ düşüncəli və peşəkar Qrafik Dizayner / Vİdeo Montaj üzrə Mütəxəssis axtarır.
- Reels, Shorts, TikTok, promo videolar, müsahibələr və podkastlar üçün video montajın həyata keçirilməsi.
- Videoların brend tərzinə uyğun şəkildə işlənməsi: subtitrlər, qrafik elementlər, animasiyalar, logo yerləşdirilməsi və rəng korreksiyası.
- Postlar, storilər və reklam banerləri üçün vizualların hazırlanması.
- Kontent kreatoru tərəfindən çəkilmiş materialların işlənməsi və final nəticəyə gətirilməsi.
- Fərqli platforma və formatlara uyğun kontent optimizasiyası.
- Şirkətin vizual stilinin hazırlanması və davamlı şəkildə təkmilləşdirilməsi.
- Kreativ müzakirələrdə iştirak etmək, yeni ideyaların formalaşdırılmasına töhfə vermək.
İnnovativ düşüncəyə sahib, dinamik və yaradıcı bir komandasına qoşulmaq istəyirsinizsə sizi Pilgrim Education ailəsinə dəvət edirik!
Xahiş olunur CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
Mövzu hissəsində qeyd edin:"Qrafik Dizayner / Video Montaj üzrə Mütəxəssis"
Tələblər
- Bakalavr dərəcəsi.
- Minimum 1 il iş təcrübəsi.
- Rus dilini bilmək.
- İngilis dili biliyi üstünlükdür.
- Yaradıcı düşüncə və vizual zövq.
- Stresi idarəetmə bacarığı.
- Komanda ilə effektiv işləmək bacarığı.
- Çeviklik və yeni tapşırıqlara tez uyğunlaşma.
- Qrafik dizayn proqramları üzrə baza bilikləri: Adobe Photoshop, Adobe InDesign, Adobe Illustrator.
- Üstünlük veriləcək: montaj üzrə ilkin biliklər — CapCut, Adobe Premiere, DaVinci Resolve.