Bakı,
Azərbaycan
20.10.2025 09:51
-
20.11.2025 12:00
İş haqqında məlumat
İlk 2-3 ay satış bölməsində Operator çalışacaq (çalışdığı zaman həmdə "Qrup Rəhbəri" vəzifəsini öyrənəcək) sonra işçi "Qrup Rəhbəri" vəzifəsinə keçirilir. Namizədin qabiliyyətlərindən asılı olaraq, sınaq müddəti qısaldıla bilər. Hazırda biz şirkətin digər ölkələrdə mövcud coğrafiyamızı genişləndirməklə yanaşı, işçi heyətimizi də artırırıq.
- Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, yeni əməkdaşlara işin əsaslarının izahı;
- Operatorların iş keyfiyyətinə nəzarət;
- Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmilləşdirilməsi;
- Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
- Görülmüş işlərin nəticələrin təhlili və qiymətləndirilməsi;
- Ehtiyac yarandığda halda Aktların və Protokolların tərtibi və hazırlanması;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Saat: 09.00 dan-18.00 dək (1 gün qısaldılmış iş günü);
- Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.
Uyğun olan namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən email ünvanına "Qrup Rəhbəri" başlığı altında göndərə bilər.
Tələblər
- Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 2 il iş təcrübəsi olan;
- Yaş həddi: 25-35;
- Yalnız bəy namizədlər;
- Satış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan;
- Münaqişələrə kreativ həll yolu tapan;
- Analitik bacarığı olan;
- Səlis və işgüzar danışıq bacarığı;
- Məsuliyyətli və diqqətli olmalı;
- Öyrənməyə hazır və yeni tapşırıqlara uyğunlaşmaq bacarığı;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
- Güclü kommunikativ qabiliyyətə sahib olan;
- Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə bilən.