Tempus MMC

Qrup rəhbəri

Tempus MMC
Ə/h razılaşma ilə
489
Tam iş günü
Bakı, Azərbaycan
25/08/2026 - 25/09/2026

İş haqqında məlumat

•    Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;
•    İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
•    Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi;
•    Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
•    Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
•    Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;
•    Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Şirkət təklif edir:
•    Rəqabətədavamlı əmək haqqı;
•    Peşəkar komanda ilə işləmək imkanı;
•    Karyera və inkişaf perspektivləri.

 

Tələblər

•    Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür);
•    Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir;
•    Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları;
•    Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti;
•    Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq;
•    MS Office proqramları ilə işləmə bacarığı.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan və yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-lərini mövzu hissəsində “Qrup rəhbəri” sözünü qeyd etməklə  [email protected] mail ünvanına və ya +99470 374 71 99 Whatsapp nömrəsin göndərə bilərsiniz.