

İş haqqında
Əsas vəzifə öhdəlikləri
Qumlama işlərində səthin hazırlanma üsullarını və müvafiq standartları bilmək;
Quru qum şırnağından istifadə etməklə səthlərin təmizlənməsi və cilalanması işlərini həyata keçirmək;
Qumlama prosesində istifadə olunan abraziv materialların növləri və ölçüləri haqqında biliklərə malik olmaq;
Boya və digər örtük materialları tətbiq edilməzdən əvvəl səthin tələb olunan təmizlik dərəcəsini müəyyən etmək;
Kompressor, qum qazanı, hava balonu və skafandr kimi avadanlıqlarla işləmək bacarığına malik olmaq;
Qumlama prosesinə başlamazdan əvvəl hava kompressorundan verilən havanın təzyiqini tənzimləmək.
Namizədə tələblər
Qumlama işlərinə başlamazdan əvvəl istifadə ediləcək avadanlıqların texniki sazlığını yoxlamaq;
Texniki istismar qaydalarını (TİQ), təhlükəsizlik texnikası (TTQ) və yanğın təhlükəsizliyi (YTQ) qaydalarını, istehsalat sanitariyası, əməyin mühafizəsi və təhlükəsizlik tələblərini bilmək və onlara riayət etmək;
Qumlama zamanı tələb olunan səth təmizliyi dərəcələrini bilmək;
Müvafiq sahədə 3–5 il iş təcrübəsinə malik olmaq.
İş şəraiti
Nahar şirkət tərəfindən təmin olunur;
İş yerinə gediş-gəliş üçün servis xidməti mövcuddur;
Əmək haqqı: Razılaşma əsasında;
İş yeri: Qaradağ rayonu, Salyan şossesi, 32-ci km.


