Uninet MMC

Quraşdırma və istismar üzrə ekspert

Uninet MMC
Ə/h razılaşma ilə
0
Tam iş günü
Quba, Azərbaycan
07/12/2023 - 06/01/2024

İş haqqında məlumat

  • İşçilərin dəvamiyyətinə nəzarət etmək;
  • İşçilərin  gündəlik istifadə etdikləri avadanlıq və materiallarla təmin edilməsi və qeydiyyatının aparılması;
  • Sifarişdə olan servislərin ərazilərə uyğun olaraq işçilər arasında təyin edilməsi və qeyd olunması;
  • İcra olunmuş servis, iptv və qoşulmaların Tekila billing, CityNet Base və Jira sistemində qeyd edilməsi;
  • Quraşdırma və istismar şöbəsinə daxil olunmuş elektron poçtların cavablandırılması;
  • İş ilə əlaqədar olaraq aidiyyatı qurumlara məktubların yazılması;
  • Regionlar üzrə nümayəndələr ilə işin qurulması, tənzimlənməsi və idarə edilməsi;
  • Bölümün planlarının qurulması və onlara nail olunmasına nəzarət edilməsi;
  • Qoşulma və servisdə olan əməkdaşlarla əlaqə saxlayıb yaranmış problemin həll olunması;
  • Yeni işçilərə təlimlərin keçirilməsi;
  • Görülən işlər barəsində bir başa rəhbərə məlumatın verilməsi;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
  • Əməyin mühafizəsi qaydalarına, yəni işlərin təhlükəsiz və sağlam şəraitdə görülməsini təmin etmək məqsədi ilə cari qanunvericilikdə və əmək müqaviləsində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərə, normalara və standartlara işçilər tərəfindən riayət olunmasına nəzarət etmək.

Tələblər

  • Təhsil: Ali təhsil, orta ixtisas və ya peşə təhsili;
  • Təcrübə: Əlaqəli sahədə 3 il, minimum 1 il rəhbər olaraq iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, rus dili orta, ingilis dili orta;
  • Kompüter bacarıqları: MS Office üzrə orta səviyyədə biliklər;
  • Yaxşı səviyyədə Cisco Networking bilikləri;
  • Satış, müştəri xidmətləri, marketinq sahələrində peşəkarlıq;
  • Daxili, xarici ezamiyyətlər getmək;
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Komanda işi və əməkdaşlıq;
  • Nəticəyönümlüluk;
  • İnnovativlik;
  • Təşkiletmə, prioritet verilmə və deleqasiya;
  • Təşəbbüskarlıq.