Quyuların Əsaslı Təmiri üzrə Layihə Mühəndisi (Workover Project Engineer)
Modern Engineering Bureau of Azerbaijan
Ə/h razılaşma ilə
228
Tam iş günü
Bakı,
Azərbaycan
24/09/2026
-
08/10/2026
İş haqqında məlumat
- uyuların əsaslı təmiri və quyuya müdaxilə layihələrinin mühəndislik və əməliyyat baxımından planlaşdırılmasını həyata keçirmək;
- Quyunun tarixçəsi, quyu sxemi, təzyiq məlumatları və digər texniki məlumatları təhlil etmək;
- Quyu əsaslı təmir proqramlarının, əməliyyat ardıcıllıqlarının və texniki prosedurların hazırlanmasında iştirak etmək;
- Zəruri mühəndislik və hidravlik hesablamaları aparmaq;
- Fishing, Milling, Washover, quyu lüləsinin təmizlənməsi, quyu təzyiqinin idarə edilməsi və quyuya nəzarət (well killing) əməliyyatları, NKB əməliyyatları və digər quyu müdaxiləsi işlərinə mühəndislik dəstəyi göstərmək;
- BHA, müdaxilə alətləri, avadanlıq və materialların texniki uyğunluğunu və hazırlıq vəziyyətini yoxlamaq;
- Əməliyyatlar üçün tələb olunan avadanlıq, material və xidmətlərin müəyyən edilməsində, satınalma və logistika proseslərinin texniki koordinasiyasında iştirak etmək;
- Təchizatçıların texniki təkliflərinin qiymətləndirilməsində iştirak etmək;
- Quyu əsaslı təmir əməliyyatları üzrə risklərin qiymətləndirilməsi, JSA/JHA və SIMOPS sənədlərinin hazırlanmasına dəstək göstərmək;
- Təzyiq sınaqları və quyu bütövlüyü ilə bağlı fəaliyyətlərdə iştirak etmək;
- Əməliyyatların şirkət prosedurlarına, Sifarişçinin tələblərinə, SƏTƏM qaydalarına və tətbiq olunan sənaye standartlarına uyğun həyata keçirilməsinə dəstək göstərmək;
- Əməliyyat zamanı yaranan texniki problemlərin və avadanlıq nasazlıqlarının araşdırılmasında iştirak etmək.
Tələblər
- Neft mühəndisliyi, Qazma mühəndisliyi, Mexanika mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Neft-qaz sənayesində minimum 5 il iş təcrübəsi;
- Quyu əsaslı təmir, tamamlama, quyuya müdaxilə, qazma və ya əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi;
- Fishing, Milling, Washover, quyunun öldürülməsi və təzyiqə nəzarət əməliyyatları üzrə təcrübə arzuolunandır;
- Dənizdə quyu əsaslı təmir və quyuya müdaxilə əməliyyatları üzrə təcrübəyə üstünlük verilir;
- Texniki sənədlərlə işləmək və mühəndislik hesablamaları aparmaq bacarığı;
- SƏTƏMM tələbləri və quyu bütövlüyü prinsipləri üzrə bilik;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı.