Quyuların əsaslı təmiri üzrə supervayzer
Modern Engineering Bureau of Azerbaijan
Ə/h razılaşma ilə
225
Tam iş günü
Bakı,
Azərbaycan
06/08/2026
-
20/08/2026
İş haqqında məlumat
- Qurğu heyətinin, podratçıların və üçüncü tərəf xidmət şirkətlərinin fəaliyyətini əlaqələndirmək;
- Qurğunun quraşdırılması (Rig-Up), sökülməsi (Rig-Down) və quyu servis işlərinə rəhbərlik etmək;
- Quyu parametrlərini, təzyiqləri və əməliyyat göstəricilərini daimi nəzarətdə saxlamaq;
- Əməyin mühafizəsi, sağlamlıq və ətraf mühit (HSE) siyasətinə, həmçinin quyuya nəzarət (Well Control) prosedurlarına riayət olunmasını təmin etmək.;
- Boruların qaldırılması və endirilməsi (Tubing Operations), quyunun tamamlanması (Completion), tutma əməliyyatları (Fishing), frezləmə (Milling), sementləmə (Cementing) və stimullaşdırma (Stimulation) işlərinə nəzarət etmək;
- Qurğunun və əlaqəli avadanlıqların düzgün istismarını və texniki sazlığını təmin etmək;
- Təhlükəsizlik üzrə gündəlik təlimatlar (Toolbox Talk), İş Təhlükəsizliyi Təhlili və təhlükəsizlik iclaslarını təşkil etmək;
- Qurğunun iş səmərəliliyini artırmaq və qeyri-məhsuldar vaxtı (NPT) minimuma endirmək;
- Podratçı və servis şirkətləri ilə işləmək, əməliyyatların koordinasiyası və komandanın idarə etmək
İş şəraiti:
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.
Tələblər
- Ali təhsil (Neft-Qaz Mühəndisliyi, Neft-Qaz Qurğuları Mühəndisliyi, Neft-Qaz Mədən Avadanlıqları və ya digər müvafiq texniki ixtisas);
- Quyuların əsaslı təmiri və ya qazma əməliyyatları sahəsində minimum 8 il iş təcrübəsi;
- Supervayzer vəzifəsində minimum 5 il iş təcrübəsi;
- “Slickline”, “Coiled Tubing” və digər quyu müdaxilə əməliyyatları üzrə praktiki biliklər;
- Texniki hesabatların hazırlanması və əməliyyat sənədlərinin aparılması bacarığı;
- Operativ qərarvermə, problem həll etmə və liderlik bacarıqları;
- İngilis və rus dili bilikləri tələb olunur;
- “IWCF” və ya “IADC Well Control” sertifikatının olması üstünlükdür;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun