Bakı,
Azərbaycan
24.10.2025 09:54
-
24.11.2025 12:00
İş haqqında məlumat
- Qonaqların qarşılanması və yola salınması – Qonaqların gülərüzlə qarşılanması, sənədlərinin yoxlanılması, qeydiyyat prosesinin aparılması və otağa yerləşdirilməsi;
- Rezervasiyaların idarə olunması – Telefon, email və ya onlayn platformalar vasitəsilə gələn rezervasiyaların qəbul edilməsi və sistemdə düzgün şəkildə qeydiyyatı;
- Telefon zənglərinin cavablandırılması – Daxil olan zənglərin cavablandırılması, aidiyyəti şöbələrə yönləndirilməsi və müvafiq məlumatların verilməsi;
- Qonaqlara məlumat verilməsi – Otelin xidmətləri, otaq növləri, qiymətlər, qonaqlanma qaydaları və ətraf mühit haqqında məlumatlandırma;
- Şikayət və müraciətlərin cavablandırılması – Qonaqlardan gələn şikayət və təklifləri dinləmək, aidiyyəti şöbəyə yönləndirmək və həll prosesini izləmək;
- Növbə dəyişikliyi zamanı məlumat ötürülməsi – Gündəlik hesabatların hazırlanması və növbəni təhvil verərkən müvafiq məlumatların ötürülməsi;
- Maaş 500 + bonuslar;
- İş saatı və qrafiki səhər və ya gecə hər 2 növbəyə işçilər lazımdır.
Tələblər
- Təhsil : Orta;
- İş təcrübəsi : 1 ildən aşağı;
- Yaş : 18 - 35;
- Cəld, məsuliyyətli, təcrübəli, stressli mühitdə işləməyi bacaran şəxslər müraciət etsin.