Bakı,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
- Mehmanxana və şirkətin qaydalarına uyğun olaraq bütün otaq rezervasiyalarının qəbulu və həyata keçirilməsinə nəzarət etmək;
- Doğru otaq kateqoriyasının satışı vasitəsilə mehmanxana haqqında ümumi məlumat verməklə və upselling üsullarından istifadə etməklə otaq rezervasiyaları və ya rezervasiyaların ləğvi ilə bağlı tələbləri qəbul və təsdiq etmək;
- Otaq qiymətləri və mehmanxanada boş otaqların mövcudluğu barədə qonaqlara ətraflı məlumat vermək;
- Fərdi və qrup şəklində olan rezervasiyaların, otaqların rezervasiya siyahılarının, gözləmə siyahılarının və digər rezervasiyaların hazırlanmasına kömək etmək;
- Bütün daxil olan zəngləri mehmanxananın telefon standartlarına uyğun şəkildə dərhal, yüksək məharət və nəzakətlə qəbul etmək;
Əlavə məlumat:
- Əmək haqqı: 600-650 AZN
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Qidalanma və forma şirkət tərəfindən qarşılanması
- Ünvan: Nizami küç. 77 (Tarqovu) Grand Midway Hotel
Tələblər
- Təhsil dərəcəsi: Orta
- Komputer bilikləri: MS Office (Word- Excel- Outlook-ElektraWeb) arzu olunandır
- Azərbaycan və ingilis dili bilikləri sərbəst, rus dili orta səviyyədə olması arzuolunandır
- Minimum təcrübə: müvafiq sahə üzrə ən az 6 ay -1 il;
- Müstəqil və komanda ilə işləmə bacarıqları
- Xanım və bəy namizəd tələb olunur
Fərdi keyfiyyət göstəriciləri:
- Ünsiyyətlilik;
- Müştəriyönümlülük
- Məsuliyyətlilik;
- Satış bacarıqlarının olması;
- Komandada işləmək bacarığı;
- Səlis nitq gülərüz təqdimat və ünsiyyət bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.