Norm ASC

Regional Satış Təmsilçisi (Qarabağ və ətraf regionlar)

Norm
Ə/h razılaşma ilə
494
Tam iş günü
Bölgələr, Azərbaycan
24/04/2026 - 08/05/2026

İş haqqında məlumat

Hazırda şirkətimizə Regional Satış Təmsilçisi (Qarabağ və ətraf regionlar) axtarırıq!

QEYD: Qarabağ bölgəsi və ya ona yaxın ərazilərdə (Gəncə, Bərdə) yaşayan şəxslərin müraciət etməsi xahiş olunur.

  • Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorlarla müntəzəm olaraq əlaqələrin saxlanması;
  • Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorların biznes fəaliyyətinin monitorinqi;
  • Müştərilər, pərakəndə satıcılarla müqavilələrin monitorinqi;
  • Müştəri kreditlərinin, pərakəndə satıcılarla bağlı risklərin monitorinqi və məlumatın əldə edilməsi;
  • Bazar araşdırmaları üzrə məlumatların toplanması və hesabat verilməsi;
  • Məhsullar və xidmətlərin səviyyəsi barədə müntəzəm olaraq rəylərin toplanması;
  • Bazarın monitorinqi və yeni pərakəndə satıcılar, distribütorlar və müştərilərin cəlb olunması;
  • Müştərilərin, pərakəndə satıcılar və distribütorların diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması;
  • Korporativ və potensial müştərilərə yeni məhsullarla bağlı məlumatların verilməsi və həll yollarının bildirilməsi;
  • NORM-un uğurları və əsas hədəfləri barədə cari və potensial müştərilərin məlumatlandırılması;
  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

İmtiyazlar: 

  • Könüllü tibbi siğorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar

Tələblər

  • İqtisadiyyat və ya Marketinq üzrə ali bakalavr təhsili
  • 2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş təcrübəsi
  • İngilis dili biliyi 
  • MS Office proqramlarında işləmək bacarığı
  • Sement və beton istehsalı üzrə texniki biliklər
  • Bazarın təhlili və araşdırılması üzrə təcrübə
  • Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər
  • Sənaye standartları haqqında məlumatlılıq

Tələb olunan kompetensiyalar: 

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar