Focus Optika

Reklam üzrə mütəxəssis (Targetoloq)

Focus Optika
Ə/h razılaşma ilə
2398
Tam iş günü
Bakı, Azərbaycan
06/02/2026 - 06/03/2026

İş haqqında məlumat

  • Hədəf auditoriyalarına əsaslanan reklam strategiyalarının hazırlanması.
  • Meta Ads, Google Ads, TikTok Ads platformalarında kampaniyaların yaradılması, işə salınması və gündəlik monitorinqi.
  • Məqsədlər/KPI-lar üzrə iş: lead/satış, CPL/CPA/ROAS; büdcə və göstəricilər üzrə planın icrası.
  • Büdcələrin idarə edilməsi və mediaplanlama: büdcənin bölüşdürülməsi, scaling, xərclərə nəzarət.
  • A/B testlər və hipotezlər: kreativ/offer/auditoriya testləri, nəticələrin çıxarılması və optimallaşdırma.
  • Trekinqin qurulması: Meta Pixel + Conversions API, GA4, GTM, event/konversiyalar, UTM-lərin düzgün tətbiqi.
  • Remarketinq və funnel-lar: warm/hot auditoriyalar, lookalike; (e-commerce olduqda) kataloq reklamları.
  • Hesabatlıq: həftəlik/aylıq hesabatlar, aydın nəticələr və növbəti addımlar (Looker Studio üstünlükdür).
  • Komanda ilə əməkdaşlıq: dizayner/kopirayter üçün texniki tapşırıqların hazırlanmasında, kreativlərin keyfiyyətinə nəzarətdə iştirak.

İş şərtləri:

  • Kreativ və dinamik iş mühiti.
  • Əmək haqqı: Müsahibə əsasında.
  • İş günləri: Həftənin 5 günü. 
  • İş vaxtı: 09:00-18:00.
  • AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
  • Ünvan: Xətai rayonu,Qaçaq Nəbi 3A.

Maaş aralığı: Müsahibə əsasında

Tələblər

  • Sahə üzrə sertifikat olması üstünlükdür.
  • Dil bilikləri üstünlükdür.
  • Müvafiq sahə üzrə minimum 2+ il iş təcrübəsi.
  • Meta Ads / Google Ads.
  • Real "case"-lər: rəqəmlərlə nəticələr (before/after, büdcə, göstəricilər).

Bilik və bacarıqlar:

  • Sosial şəbəkələrdə və rəqəmsal kanallarda reklam kampaniyalarının qurulması və idarə edilməsi təcrübəsi.
  • Analiz və optimallaşdırma bacarığı: nəticələri oxumaq, performansı artırmaq, xərcləri səmərəli idarə etmək.
  • Analitika alətləri ilə işləmə (Google Analytics/GA4, Yandex.Metrika və s.); atribusiya məntiqini ən azı baza səviyyədə anlama.
  • Kreativ və analitik düşüncə: effektiv strategiya qurmaq və nəticələri proqnozlaşdırmaq.

Müraciət:

Tələblərə cavab verən namizədlər öz CV-ləri ilə birlikdə portfolio və ya case-lərini:qısa təsvir + büdcə + nəticələr (CPL/CPA/ROAS və s.) “Targetoloq” başlığı ilə  [email protected] elektron poçtuna göndərə bilərlər.