hrin.az
Reklam
Park Cinema

Reklam üzrə Satış Meneceri

Park Cinema

Əmək haqqı: 800 ₼

529213 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vəzifə öhdəlikləri

  • Kinoteatrda reklam yerləşdirmək istəyən yeni müştərilərin və şirkətlərin cəlb edilməsi;
  • Potensial reklamverənlərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Şirkətlərə Park Cinema-nın reklam imkanlarının və reklam platformalarının təqdim edilməsi;
  • Kinoteatrın ekranlarında, foyesində və digər reklam sahələrində reklam yerləşdirilməsi üzrə satışların həyata keçirilməsi;
  • Müştərilərin ehtiyaclarına uyğun reklam paketləri və kommersiya təkliflərinin hazırlanması;
  • Potensial müştərilərlə görüşlərin və danışıqların aparılması;
  • Reklam müqavilələrinin bağlanması və satış prosesinin sonadək idarə olunması;
  • Mövcud reklam müştəriləri ilə əlaqələrin qorunması və əməkdaşlığın davamlılığının təmin edilməsi;
  • Yeni reklam və əməkdaşlıq imkanlarının araşdırılması;
  • Rəqiblərin reklam bazarının və qiymət siyasətinin təhlili;
  • Aylıq satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması.

Namizədə tələblər

  • Satış və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • B2B satış və korporativ müştərilərlə işləmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi üzrə aktiv yanaşma;
  • Kommersiya təklifləri hazırlamaq bacarığı;
  • Nəticəyönümlü və təşəbbüskar olmaq;
  • MS Office proqramları üzrə biliklər;
  • Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.

Təklif edirik

  • 800 AZN sabit əmək haqqı + satış nəticələrinə əsasən bonus;
  • Həftənin 6 günü iş qrafiki;
  • Dinamik və kreativ iş mühiti;
  • Böyük şirkət və brendlərlə əməkdaşlıq imkanı;
  • Peşəkar inkişaf və karyera perspektivi.
Reklam