STDC

Rele mühafizə üzrə mühəndis

STDC
Ə/h razılaşma ilə
394
Tam iş günü
Bakı, Azərbaycan
15/07/2026 - 29/07/2026

İş haqqında məlumat

  • Rele mühafizə və avtomatika qurğularının fasiləsiz və etibarlı işləməsini təmin edir; 
  • Rele mühafizə sistemlərinin planlı texniki baxışını və profilaktik sınaqlarını həyata keçirir; 
  • Rele qurğularının sazlanmasını, yoxlanmasını və kalibrlənməsini təşkil edir; 
  • Qəza və nasazlıqların səbəblərini araşdırır, onların aradan qaldırılması üçün tədbirlər hazırlayır; 
  • Yeni rele mühafizə sistemlərinin quraşdırılması və istismara verilməsində iştirak edir; 
  • Rele parametrlərinin hesablanmasını və sazlanmasını aparır; 
  • Elektrik yarımstansiyalarında və paylayıcı qurğularda rele mühafizəsinin düzgün işləməsinə nəzarət edir; 
  • Cari və perspektiv təmir planlarının hazırlanmasında iştirak edir; 
  • Rele mühafizə sxemlərində dəyişikliklər etdikdə müvafiq texniki sənədləri yeniləyir; 
  • Texniki pasportların, protokolların və sınaq aktlarının hazırlanmasını təmin edir; 
  • Ölçü cihazlarının və rele avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət edir; 
  • Müasir rele mühafizə texnologiyalarının tətbiqinə dair təkliflər verir; 
  • Elektrik qurğularında işlərin təhlükəsiz aparılmasına nəzarət edir;

İş şəraiti:

  • İş vaxtı həftə içi beş gün,İş saatları: 9:00-dan 18:00-dək.
  • Əmək haqqı razılaşma yolu ilə

Tələblər

  • Operativ çalışan, məsuliyyət, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmalıdır
  • Bu sahədə 5 ildən artıq təcrübəsi olmalıdır 
  • Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir 
  • Təhsil: ali (Energetika sahəsi üzrə)

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar