Bakı,
Azərbaycan
03.11.2025 05:14
-
03.12.2025 12:00
İş haqqında məlumat
Inomarka avtosalonu olaraq komandamıza rəqəmsal marketinq sahəsində təcrübəli, analitik düşüncəyə malik və yaradıcı Rəqəmsal Marketinq Meneceri axtarırıq.
Bu vəzifədə əsas məqsəd — brendin rəqəmsal mövqeləndirilməsini gücləndirmək, onlayn satışları artırmaq və reklam büdcəsinin effektivliyini maksimuma çatdırmaqdır.
- Bazarın və rəqiblərin mütəmadi analizinin aparılması;
- Marketinq strategiyası və illik fəaliyyət planının hazırlanması və icrası;
- Brendin tanıtım strategiyasının formalaşdırılması və həyata keçirilməsi;
- Kontent planlaması və yaradıcı reklam konseptlərinin hazırlanması;
- Rəqəmsal kampaniyaların planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin ölçülməsi (ROI analizi);
- Hədəf auditoriyaların düzgün müəyyən edilməsi və effektiv reklam targetinqinin qurulması (Facebook Ads, Google Ads və s.);
- Marketinq büdcəsinin planlaşdırılması və idarə edilməsi;
- Sosial media kontentinin hazırlanması, paylaşım cədvəlinin və ümumi səhifə idarəçiliyinin həyata keçirilməsi.
İş şəraiti:
- Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00;
- İş yeri: Ağ Şəhər, Inomarka ofisi.
Zəhmət olmasa, CV-nizi və əməkhaqqı gözləntinizi mövzu sətrində “Rəqəmsal Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Rəqəmsal marketinq sahəsində minimum 2–3 illik iş təcrübəsi;
- Rəqəmsal platformalarda (Meta, Google, YouTube və s.) reklam yerləşdirmə və targetinq üzrə praktiki bacarıqlar;
- Azərbaycan və rus dillərini sərbəst bilmək;
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
- Analitik düşüncə tərzinə, detallara diqqətə və məsuliyyətli iş yanaşmasına malik olmaq.