Bakı,
Azərbaycan
24.04.25
-
24.05.25
İş haqqında məlumat
- Rəqəmsal marketinq strategiyanın yaradılmasında iştirak etmək;
- Rəqəmsal marketinq kampaniyalarının (PPC, birbaşa, sosial media) planlaması, icrası, ölçülməsi və hesabatlılığı; bu istiqamətdə olan son metod və alətlərdən istifadə edərək reklam büdcələrinin optimallaşdırılması və kampaniyaların effektivliyinin artırılması;
- Son trend və yanaşmaların izlənilməsi, ölçü alətlərinin, rəqib və bazar məlumatlarının araşdırılması;
- Vebsayt fəaliyyətlərinin icra edilməsi: cari vebsaytların performansının yüksləldilməsi, məzmunların dəyişdirilməsi, istifadəçilərin idarə edilməsi; yeni vebsaytların yaradılması proseslərinin idarə edilməsi;
- Rəsmi vebsayt və digər onlayn profillərinin idarə edilməsi;
- Vebsayt, rəqəmsal marketinq və digər rəqəmsal resurs və platformların idarə edilməsi;
- Rəqəmsal fəaliyyətlə bağlı üçüncü tərəflərin koordinasiya edilməsi;
- Kommunikasiya, satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
- Rəqəmsal B2C kommunikasiya (Email&SMS marketinqi);
- Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası;
- İş yeri Bakı şəhərindədir. Eyni zamanda hibrid və distant çalışma formatları da nəzərdən keçirilə bilər. Formatından asılı olmayaraq bu tam ştatlı bir vəzifədir və frilanser xidməti nəzərdə tutulmur.
Tələblər
- Marketinq, Biznesin İdarə edilməsi, Menecment və ya digər əlaqədar sahələr üzrə təhsil. Əlavə sertifikatlar üstünlükdür;
- Rəqəmsal marketinq üzrə ən az 2 il iş təcrübəsi;
- Email marketinqi, məzmun marketinqi (content marketing), Google Adwords, Google Analytics, SEO, Sosial media reklamları istiqamətində təcrübə;
- Analiz və hesabat bacarığı;
- Planlı, dəqiq və punktual olmaq;
- Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
- Layihələrin idarə edilməsi, təşkilatçılıq, tapşırıqları prioritetləşdirmə bacarığı;
- Komandada işləmək bacarığı.