Apar (Bike-Sharing Startup)

Rəqəmsal Marketinq Mütəxəssisi

Apar (Bike-Sharing Startup)
Ə/h razılaşma ilə
436
Tam iş günü
Bakı, Azərbaycan
05/10/2026 - 19/10/2026

İş haqqında məlumat

Şirkət haqqında məlumat:

  • APAR velosiped və skuter  icarəsini innovativ şəkildə həyata keçirən startap şirkətidir.
  • Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz nəqliyyat həlli təqdim etməkdir. Xidmətimiz işə getmək və ya sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsilə elektrikli və pedallı velosipedlərin icarəsini təklif edir.
  • Təbiətə dost və aktiv həyat tərzini təşviq edən innovativ layihədə yer almaq istəyirsinizsə, vakansiyanı diqqətlə nəzərdən keçirməyinizi xahiş edirik.

İş öhdəlikləri:

  • Şirkətin marketinq məqsədlərinə uyğun yaradıcı və effektiv rəqəmsal marketinq ideyalarının hazırlanması və həyata keçirilməsi
  • Velosiped və skuter icarəsi xidmətlərinin tanıdılması, yeni istifadəçilərin cəlb edilməsi və mövcud istifadəçilərin aktivliyinin artırılması üçün kreativ kampaniyaların hazırlanması və həyata keçirilməsi
  • Sosial media platformaları üçün kreativ kontent ideyalarının hazırlanması və Reels, post, Stories və digər formatlarda kontentin hazırlanması
  • Sosial media üçün kontent planının hazırlanması və kontentin vaxtında paylaşılmasının təmin edilməsi
  • Sosial media, Google və digər rəqəmsal reklam kanallarında reklam kampaniyalarının qurulması, idarə edilməsi və optimallaşdırılması
  • Reklam kampaniyalarının nəticələrinin izlənilməsi, əsas göstəricilərin təhlili və nəticələrə əsasən kampaniyaların optimallaşdırılması
  • Mobil tətbiqin yüklənmələrinin, yeni istifadəçilərin sayının və tətbiqdən istifadənin artırılması istiqamətində rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsi
  • Mövcud istifadəçilərin davranış və maraqlarına əsasən seqmentləşdirilməsi və müvafiq kampaniya və təkliflərin hazırlanması
  • Bazarın, rəqiblərin və istifadəçi davranışlarının araşdırılması və əldə olunan məlumatların marketinq fəaliyyətlərində tətbiq edilməsi
  • İstifadəçi rəylərinin toplanması və təhlili, nəticələrə əsasən marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi
  • Rəqəmsal marketinq fəaliyyətlərinin nəticələri üzrə aylıq hesabatların hazırlanması


 

Tələblər

  • Ali təhsil
  • Rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi
  • Meta Ads, Google Ads və digər rəqəmsal reklam alətləri üzrə praktiki biliklər
  • Sosial media üçün kreativ kontent hazırlamaq və kreativ ideyalar irəli sürmək bacarığı
  • Reels, post, Stories və digər sosial media formatları üzrə praktiki təcrübə
  • Reklam kampaniyalarının nəticələrini təhlil etmək və optimallaşdırmaq bacarığı
  • Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı
  • Kreativ düşüncə, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək bacarığı
  • Marketinq və kontent hazırlanmasında AI alətlərindən effektiv istifadə bacarığı
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • Rus və ya ingilis dili biliyi üstünlükdür
  • Agentlik təcrübəsinin olması üstünlükdür
  • Hazırladığı kontent və həyata keçirdiyi reklam kampaniyalarından nümunələr təqdim edə bilməsi üstünlükdür
  • Rəqəmsal marketinq sahəsində yenilikləri və trendləri izləmək, yeni alət və yanaşmaları tətbiq etmək bacarığı
  • Dinamik iş mühitində işləmək, bir neçə tapşırığı paralel idarə etmək və nəticəyə fokuslanmaq bacarığı
  • Məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmə bacarığı
  • Tapşırıqların və iş proseslərinin idarə edilməsi üçün istifadə olunan proqramlarla (Trello, Asana, Jira və s.) işləmək bacarığı

Biz nə təklif edirik? 

  • Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
  • Şəhər mərkində iş yeri 
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək 

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00