UPS Construction

Rəqəmsal Marketinq Mütəxəssisi

UPS Construction
Ə/h razılaşma ilə
135
Tam iş günü
Bakı, Azərbaycan
16/10/2026 - 30/10/2026

İş haqqında məlumat

“UPS Construction” MMC Rəqəmsal Marketinq Mütəxəssisi vakansiyasını elan edir.

Uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərdən keçiriləcəkdir. 

Vəzifə öhdəlikləri

  • Digital marketinq strategiyası: Rəqəmsal marketinq fəaliyyətlərinin planlaşdırılması, icrası və nəticələrinin təhlili.
  • Meta Ads və Google Ads: Reklam kampaniyalarının qurulması, optimallaşdırılması, büdcəyə nəzarət və effektivliyin artırılması.
  • SEO və GEO: Saytın texniki və məzmun SEO-su, açar söz araşdırması, rəqib analizi, GEO (Generative Engine Optimization) və AI axtarış sistemlərində görünürlüğün artırılması.
  • Analitika və ölçmə: Google Analytics 4, Google Search Console, Google Tag Manager və reklam platformalarının məlumatları əsasında hesabatların hazırlanması, KPI-ların izlənməsi.
  • Süni intellekt alətləri: ChatGPT, Gemini, Claude və digər AI alətlərindən kontent istehsalı, araşdırma, marketinq analitikası, avtomatlaşdırma və iş proseslərinin optimallaşdırılmasında istifadə.
  • Agentliklərin koordinasiyası: SMM, dizayn və digər marketinq agentliklərinin işlərinin planlaşdırılması, tapşırıqların verilməsi, icra müddətlərinə və keyfiyyətə nəzarət.
  • Lead generation: B2B müştərilərin cəlb edilməsi, müraciətlərin keyfiyyətinin təhlili, satış komandası ilə koordinasiya 
  • Hesabatlılıq: Aylıq marketinq hesabatlarının, nəticə analizlərinin və növbəti dövr üçün təkmilləşdirmə təkliflərinin hazırlanması.

Tələblər

  • Digital marketinq sahəsində minimum 2 il iş təcrübəsi.
  • Meta Ads Manager və Google Ads platformaları üzrə praktiki biliklər.
  • SEO prinsipləri, keyword research, on-page və technical SEO üzrə biliklər.
  • GEO və generativ süni intellekt axtarış sistemlərində görünürlük prinsiplərini anlamaq.
  • GA4, Google Search Console və Google Tag Manager ilə işləmək bacarığı.
  • ChatGPT, Gemini, Claude və digər süni intellekt alətlərindən sərbəst və məqsədyönlü istifadə bacarığı.
  • Marketinq agentlikləri ilə işləmək, tapşırıqları düzgün formalaşdırmaq və nəticələri qiymətləndirmək bacarığı.
  • Analitik düşüncə, məlumatlarla işləmək və nəticə əsaslı qərarlar qəbul etmək bacarığı.
  • Güclü kommunikasiya, planlaşdırma və koordinasiya bacarıqları.
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət; ingilis dili biliyi üstünlükdür.

Üstünlüklər

  • B2B və sənaye marketinqi üzrə təcrübə.
  • CRM sistemləri ilə işləmək və lead-lərin izlənməsi təcrübəsi.
  • Conversion tracking, remarketing, A/B testing və konversiya optimallaşdırılması üzrə biliklər.
  • AI əsaslı kontent, vizual və video istehsalı alətləri ilə praktiki təcrübə.
  • Marketinq avtomatlaşdırılması və hesabatların optimallaşdırılması bacarığı.

İş şəraiti:

  • Bazar ertəsi- Cümə 09:00 – 18:00