Tamstore

Rəqəmsal marketinq üzrə mütəxəssis

Tamstore
Ə/h razılaşma ilə
612
Tam iş günü
Bakı, Azərbaycan
18.09.2025 05:35 - 18.10.2025 12:00

İş haqqında məlumat

  • Sosial media platformalarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) effektiv idarə olunması;
  • Kontent planının hazırlanması və müntəzəm icrası;
  • Kreativ və cəlbedici postlar, hekayələr (stories) və video məzmunların hazırlanması;
  • Reklam kampaniyalarının (Meta Ads, Google Ads) planlaşdırılması və nəticələrinin təhlili;
  • Brendin sosial media üzərindən tanıdılması və izləyici bazasının davamlı artırılması üzrə strategiyaların hazırlanması;
  • Mesajlara və şərhlərə operativ və peşəkar şəkildə cavab verilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal marketinq üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Kreativ düşüncə tərzi və aktual sosial media trendlərini yaxından izləmə bacarığı;
  • Foto və video redaktə proqramlarında işləmə bacarığı (Canva, CapCut, Photoshop proqramlarının istifadəsi üstünlükdür);
  • Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı; rus və ingilis dillərinin bilikləri əlavə üstünlük hesab olunur;
  • Komanda şəklində işləmək bacarığı və məsuliyyətli yanaşma.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil;
  • Sosial media idarəçiliyi sahəsində minimum 1-2 il iş təcrübəsi.