Bakı,
Azərbaycan
15.08.2025 02:30
-
15.09.2025 12:00
İş haqqında məlumat
MONTELEONE Dry Clean Boutique olaraq böyüməkdə olan premium şəbəkəmizə Resepşionist axtarırıq!
Əgər sən də prestijli və yüksək xidmət standartları ilə seçilən bir mühitdə karyera qurmaq istəyirsənsə, MONTELEONE ailəsinə qoşul və peşəkar komandanın bir hissəsi ol! İnkişaf etmək və dəyərli təcrübə toplamaq fürsətini qaçırma!
- Müştəriləri gülərüzlə qarşılamaq, rahat və zərif atmosferdə qarşılayaraq suallarını cavablandırmaq;
- Telefon zənglərini peşəkar şəkildə idarə etmək;
- Müştəri bazasını yeniləmək və dəqiq informasiya təmin etmək;
- Gündəlik əməliyyat proseslərini nəzarətdə saxlamaq, xidmət keyfiyyətini və müştəri məmnuniyyətini maksimum səviyyədə təmin etmək;
- Salonun təmizliyini, nizam-intizamını və yüksək standartlara uyğunluğunu qorumaq;
- Müştərilərə xidmətlər haqqında məlumat vermək.
İş şəraiti:
- Əməkhaqqı müsahibə nəticəsinə əsasən müəyyən ediləcək;
- Premium mühitdə peşəkar komanda ilə çalışma imkanı;
- Ünvan: Üzeyir Hacıbəyli küç. 69b (Hökümət Evinin arxası).
Maraqlanan namizədlər şəkilli CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Yalnız ciddi və tələblərə cavab verən namizədlərin müraciət etməsi xahiş olunur.
Tələblər
- 1–2 il müvafiq sahədə iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili üstünlükdür);
- Güclü ünsiyyət bacarıqları və operativ qərarvermə qabiliyyəti;
- Kompüter bilikləri və ofis proqramlarında sərbəst istifadə bacarığı;
- XANIM namizədlərə üstünlük veriləcəkdir;
- Xarici görünüşün səliqəli və iş mühitinə uyğun olması vacibdir.