Azerconnect LLC

Resepsiyonist/ Receptionist

Azerconnect LLC
Ə/h razılaşma ilə
3737
Tam iş günü
Bakı, Azərbaycan
04/02/2026 - 18/02/2026

İş haqqında məlumat

  • Qəbul masasında ziyarətçilərin lazımi qaydada qarşılanması, istiqamətləndirilməsi və onlara məlumat verilərək qəbul edilməsi
  • Daxil olan bütün telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi və tələb olunduqda qeydlərin aparılması
  • Telefon, faks və e-poçt vasitəsilə yazışma və danışıqların idarə edilməsi
  • Şirkətə gələn qonaqların və ziyarətçilərin qeydiyyata alınması və idarə edilməsi
  • Ziyarətçilər üçün zəruri giriş-çıxış kartlarının təmin edilməsi
  • Ofis avadanlıqlarının və ofis ləvazimatlarının (dəftərxana ləvazimatları, texnika, mebel və s.) idarə olunması
  • Sənədlərin dövriyyəsinin (sənədləşmənin) təşkili və idarə edilməsi
  • Qəbul və ümumi sahələrin səliqəli və funksional vəziyyətdə saxlanılması
  • İclas otaqlarının rezervasiyası və mövcudluğunun idarə edilməsi
  • Digər inzibati vəzifələrin yerinə yetirilməsi
  • Hesabatların hazırlanması və müvafiq sənədləşmənin təmin edilməsi

Biz nə təklif edirik?

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.


 

Tələblər

  • Ali təhsil (Bakalavr dərəcəsi)
  • Güclü ünsiyyət bacarıqları və komanda oyunçusu olmaq
  • Müştəriyönümlü, fəal olmaq, şirkət strategiyasını və biznes modelini yaxşı anlamaq
  • Peşəkar münasibət və görünüş
  • Bir neçə işi eyni zamanda və müəyyən olunmuş vaxt çərçivəsində yerinə yetirmək, təzyiq altında işləmək bacarığı
  • İnzibati və kargüzarlıq prosedurları üzrə təcrübə
  • Ofis mühitində 2–3 il müvafiq iş təcrübəsi
  • Azərbaycan, İngilis və Rus dilləri – mükəmməl səviyyədə (yazılı və şifahi)
  • Microsoft Office proqramları və sürətli yazı bacarığı
  • Güclü davamiyyət göstəriciləri ilə punktual olmaq
  • Prioritetləşdirmə, planlaşdırma və çoxsaylı tapşırıqların icrasında peşəkarlıq
  • Əla şifahi ünsiyyət bacarıqları
  • Telefonla danışıq etikası qaydalarını yaxşı bilmək
  • Planlı, təşkilatçı və bacarıqlı olmaq