Bakı,
Azərbaycan
25/05/2026
-
08/06/2026
İş haqqında məlumat
Ümumi ofis idarəçiliyi vəzifələrinə cavabdeh olacaq Resepşn işçisi axtarılır. Resepşn, şirkətlə əlaqəni təmsil edən ilkin şəxs olaraq, zənglərə cavab verməli və şəxsən qonaqları/ziyarətçiləri qarşılamalı, hər zaman gülərüz və nəzakətli davranmalıdır.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə 10:00 -18:00, Şənbə: 10:00 - 15:00
- Əmək haqqı namizəddən asılı olaraq dəyişir.
Məsuliyyətlər
- Müştəri və qonaqları gülərüzlə qarşılamaq
- Telefon zənglərini cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək
- Müştərilərə avtomobillər, xidmətlər və kampaniyalar haqqında ilkin məlumat vermək
- Daxil olan müraciət və rəyləri qeydə almaq
- Satış komandasına inzibati dəstək göstərmək
- Elektron poçt yazışmalarını idarə etmək
- Gündəlik kargüzarlıq işlərini yerinə yetirmək
Tələblər
Əsas bacarıqlar/Keyfiyyətlər:
- Xanım namizədlər
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı
- Ünsiyyətcil, məsuliyyətli və nəzakətli olmaq
- Komandada işləmək bacarığı
- MS Office proqramlarında ilkin biliklər
- Resepşn və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür
- Avtomobil sahəsinə maraq olması arzuolunandır
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.