Bakı,
Azərbaycan
11.06.24
-
11.07.24
İş haqqında məlumat
- Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak etmək;
- Restoran məhsullarına olan tələbatı daima araşdıraraq, məsul şəxslərə məlumat vermək;
- Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət etmək;
- Müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edərək bütün restoran işçi qrupunu bu istiqamətdə təlimləndirib inkişaf etdirilməsində iştirak etmək;
- İnzibati işlər, əmək qüvvəsi ilə bağlı məsələləri tənzimlənməsinə nəzarət etmək;
- Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət etmək;
- Təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət etmək;
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək.
Tələblər
- Təcrübə: Qeyd edilən sahədə minimum 3 il iş təcrüəsi;
- Dil bilikləri: Rus və ingilis dillərinin yaxşı səviyyədə olması arzuolunandır;
- Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək;
- Ticarət (xidmət) fəaliyyətinə olan ümumi tələbləri bilmək;
- Malların qəbulu, saxlanılması və satışa hazırlanmasını bilmək;
- İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək;
- “R-Keeper” proqramını restoran administratoruna lazım olacaq səviyyədə bilməli;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcəkdir.
Turizm, otel, restoran
Turizm
Elanın müddəti bitmişdir