Bakı,
Azərbaycan
30/04/2026
-
14/05/2026
İş haqqında məlumat
- Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi;
- Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi;
- Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması;
- Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi;
- Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi;
- Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi;
- Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi;
- Kassa əməliyyatlarına nəzarət edilməsi;
- Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin edilməsi;
- Təchizat və inventarın idarə edilməsi;
- İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi;
- İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi;
- Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi;
- İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi;
- Daxili qaydaların, xidmət standartlarının və şirkət prosedurlarının bütün heyət tərəfindən icra olunmasına nəzarət edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi;
- Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması;
- Anbar sayımlarında iştirak edilməsi.
Təklif edirik:
- Əmək haqqı: 1800 – 2500 AZN (sabit maaş + Satışdan faiz);
- Əlavə olaraq KPI üzrə bonuslarla yüksək gəlir imkanı;
- İş qrafiki: 6 günlük iş qrafiki;
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblər
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Kabinet sistemi ilə fəaliyyət göstərən lounge/restoran konseptlərində, həmçinin ümumi restoran əməliyyatlarının idarə olunması sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Restoran əməliyyatlarının idarə olunması bacarığı;
- Restoran servis standartları və xidmət keyfiyyəti üzrə biliklər;
- Müvafiq proqram təminatları ilə işləmək bacarığı;
- Gigiyena və sanitariya standartları (HACCP əsasları);
- Liderlik və komanda idarəetmə bacarığı;
- Müştəriyönümlü yanaşma və ünsiyyət qabiliyyəti;
- Problem həll etmə və operativ qərarvermə bacarığı;
- Detallara diqqə etmə bacarığı;
- Ofis proqramları ilə işləmə bacarığı;
- Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.