Azərşəkər LLC

Risk meneceri

Azərşəkər LLC
Ə/h razılaşma ilə
1761
Tam iş günü
Bakı, Azərbaycan
06.08.2025 03:08 - 06.09.2025 12:00

İş haqqında məlumat

  • Cəmiyyətin bütün fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə daxili nəzarət sisteminin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə təkliflər paketi hazırlamaq;
  • Cəmiyyətin sabit və davamlı fəaliyyəti məqsədilə departament əməkdaşları tərəfindən icra olunan daxili nəzarət fəaliyyətlərinin qiymətləndirilməsini aparmaq və xidməti araşdırmalar nəticəsində müəyyən edilmiş risklərin faktiki vəziyyətə uyğunluğunu yoxlamaq;
  • Cəmiyyətin fəaliyyət sahələrini əhatə edən funksiya və proseslərə dair tərtib edilmiş hesabatların və digər əlaqəli sənədlərin düzgünlüyünü və etibarlılığını yoxlamaq;
  • Güclü daxili nəzarət mühitinin təmin olunması məqsədilə rəhbərliyə təkliflər təqdim etmək və daxili nəzarət sisteminin təkmilləşdirilməsi üzrə rəhbərliyin tapşırıqlarını icra etmək;
  • Cəmiyyətin fəaliyyətində risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün müvafiq metod və modellərin seçilməsi və tətbiqi ilə bağlı təkliflər hazırlamaq və bu sahədə qərarların qəbulunda iştirak etmək;
  • Risklərin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak etmək;
  • Cəmiyyətin bütün struktur bölmələrində həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlər aparmaq və müvafiq təkliflər vermək;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması, təhlili və nəticələrin əsaslandırılmış şəkildə təqdim olunmasını təmin etmək;
  • Risklərin idarə olunması çərçivəsində zəruri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Əlavə məlumat:

  • Struktur: Daxili nəzarət departamenti;
  • Bilavasitə tabe olduğu şəxs: İdarə Heyətinin sədri;
  • İş yeri: Bakı şəhəri, Füzuli Orucov küçəsi 35, Park View Biznes Mərkəzi;
  • İş qrafiki: 5 günlük iş həftəsi  (həftə içi saat 09:00-18:00) ;
  • Regionlara ezam səfərləri nəzərdə tutulur;
  • Son müraciət tarixi: 06.09.2025

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Risk meneceri) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq!

Tələblər

  • Müvafiq və ya əlaqəli sahə üzrə ailə təhsil (magistr dərəcəsi arzu olunandır);
  • Müvafiq sahə üzrə ən azı 3 il  (rəhbər vəzifədə) iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis dilini yaxşı səviyyədə bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını (xüsusli excel) sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət,komandada idarəetmə, iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüskar və məsuliyyətli olmalı.