YIĞIM Payment System

Risklər üzrə aparıcı mütəxəssis

YIĞIM Payment System
Ə/h razılaşma ilə
3167
Tam iş günü
Bakı, Azərbaycan
06.08.2025 05:44 - 06.09.2025 12:00

İş haqqında məlumat

  • Risklərin təhlili və onların təhlükəlilik ehtimalının qiymətləndirilməsi;
  • Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi;
  • Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
  • Əməliyyat risklərinin təhlili və hesabatlılığın aparılması;
  • Təşkilatın müxtəlif ssenarilər üzrə risklərə dayanıqlığını ölçmək üçün risk modellərinin hazırlanması və stress-testlərin keçirilməsi;
  • Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi;
  • Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması;
  • Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının təmin edilməsi;
  • Risklərin idarə olunması sisteminin effektiv fəaliyyət göstərməsinə nəzarət;
  • Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili;
  • Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi;
  • Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili;
  • Yeni məhsul və xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi;
  • Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası;
  • Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması;
  • Düzəliş tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək;
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələrin icrası.

Tələblər

  • İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excel bilikləri (Power BI, SQL proqramını bilənlərə üstünlük veriləcək);
  • Komandada işləmək bacarığı və effektiv ünsiət qabiliyyəti;
  • Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus və İngilis dilləri orta səviyyədə;
  • Sürətli öyrənmə qabiliyyəti, stresə dözümlülük və gərgin iş rejimində işləmək bacarığı.

Bilməlidir:

  • Risklərin idarə olunması prinsip və metodları;
  • Risk modelləri və stress-testlərin aparılması texnikaları;
  • Maliyyə və bank əməliyyatlarının riskləri;
  • Risk indikatorlarının yaradılması və idarə olunması;
  • Risklərin qiymətləndirilmə metodları;
  • Statistik və analitik təhlil metodları;
  • Müvafiq qanunvericilik aktları və normativ tələblər.