YIĞIM Payment System

Risklər üzrə menecer

YIĞIM Payment System
Ə/h razılaşma ilə
1934
Tam iş günü
Bakı, Azərbaycan
28.10.2025 12:08 - 28.11.2025 12:00

İş haqqında məlumat

  • Risklərin təhlili və onların təhlükə ehtimalının qiymətləndirilməsi;
  • Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi;
  • Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
  • Əməliyyat risklərinin təhlili və hesabatlılığın aparılması;
  • Təşkilatın müxtəlif ssenarilər üzrə risklərə dayanıqlığını ölçmək üçün risk modellərinin hazırlanması və stress-testlərin keçirilməsi;
  • Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi;
  • Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması;
  • Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının və nəzarətin təmin edilməsi;
  • Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili;
  • Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi;
  • Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili;
  • Yeni məhsul və xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi;
  • Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası;
  • Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması;
  • Bərpaedici tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək;
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələrin icrası.

Fırıldaqçılıqla mübarizə üzrə əmək funksiyası:

  • Fırıldaqçılıq növlərini və müxtəlif üsulları başa düşmək üçün təlimatlara istinad etməlidir;
  • Şübhəli fəaliyyətləri tanımaq üçün təhlil və izləmə üsullarını tətbiq etməlidir;
  • Əvvəlcədən önləyici tədbirlər üçün təhlil nəticələrini və statistik məlumatları yoxlamalıdır;
  • Müdafiə/təhlükəsizlik və təhlil alətləri ilə işləmək üçün müvafiq təlimatlarla tanış olmalıdır;
  • Şirkətin və ya təşkilatın informasiya sistemlərini təhlil etmək və potensial təhlükələrin qarşısın almalıdır;
  • Fırıldaqçılıq növlərinə və formalarına qarşı təhlükəsizlik tədbirlərinin planını hazırlamaq;
  • Hər hansı şübhəli əməliyyat və ya informasiya növünə rast gəldiyində birbaşa rəhbərinə məlumat verməlidir.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Iqtisadiyyat, risklərin idarə edilməsi, analitika, informasiya texnologiyaları sahələrində bakalavr təhsil dərəcəsi;
  • Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • MS Excel bilikləri;
  • Komandada işləmək bacarığı və effektiv ünsiyyət qabiliyyəti.

Bilməlidir:

  • Risklərin idarə olunması prinsip və metodları;
  • Risk modelləri və stress-testlərin aparılması texnikaları;
  • Maliyyə və bank əməliyyatlarının riskləri;
  • Risk indikatorlarının yaradılması və idarə olunması;
  • Risklərin qiymətləndirilmə metodları;
  • Statistik və analitik təhlil metodları;
  • Müvafiq qanunvericilik aktları və normativ tələblər.