Global Innovations

Risklər üzrə menecer

Global Innovations
Ə/h razılaşma ilə
675
Tam iş günü
Bakı, Azərbaycan
26/02/2026 - 12/03/2026

İş haqqında məlumat

Epoint Inc. – kiçik və orta bizneslər üçün yaradılmış onlayn ödəniş və e-ticarət platformasıdır. Texniki biliklərə və əlavə resurslara ehtiyac olmadan kartla ödənişləri qəbul etmək indi daha sadə və əlçatan oldu. ABŞ (Delaware) və Azərbaycan (Bakı) ofislərimiz vasitəsilə qlobal həlləri yerli bizneslərə təqdim edirik. Şirkətimizin gündəlik ofis fəaliyyəti və proseslərinin daha səmərəli idarə olunması üçün komandamıza yeni Risklər üzrə menecer axtarışına start verilir.

Vəzifə öhdəlikləri

  • Ölkə qanunvericiliyi, daxili qayda və prosedurlar, habelə əsasnamədən irəli gələrək Şöbənin fəaliyyətini təşkilində iştirak edir; 
  • risklərin idarəedilməsi sahəsində daxili qayda və prosedurların, tədbirlər planının, onlara zəruri əlavə və dəyişiklikləri, habelə qərar layihələrinin hazırlanmasını və icrasını təmin edir;
  • risk idarəetmə sisteminin qurulması və fəaliyyətinin təşkilində iştirak edir, bu sistemin Təşkilatın bütün fəaliyyət istiqamətlərini əhatə etməsini təmin edir;
  • risk reyestrinin və risk xəritəsinin hazırlanmasını, dövri əsasda yenilənməsini təmin edir;
  • risklərin idarəedilməsi və preventiv tədbirlərin görülməsi üçün stress testlərin keçirilməsini təşkil edir;
  • risk ssenariləri və risk limitlərinin müəyyən edilməsi, habelə ödəniş xidmətləri və digər fəaliyyət istiqamətləri üzrə tələb və məhdudiyyətləri müəyyən edərək təsdiqlənməsi üçün rəhbərliyə təqdim edilməsini təmin edir;
  • risklərin məhdudlaşdırılması və ya səviyyəsinin azaldılması üzrə tədbir, prosedur, mexanizm və metodikanın hazırlanması və tətbiqini təmin edir;
  • risklərin minimallaşdırılması, ötürülməsi, riskgötürmə qabiliyyətinin məqbul səviyyədə saxlanılması üçün tədbirlərin görülməsini təmin edir;
  • risklərin tanınması və idarə edilməsi zəruri hesab edilən bütün fəaliyyət sahələri və proseslərə, yeni ödəniş xidmətləri və fəaliyyət istiqamətlərinin göstərilməsinə dair rəy verir;
  • Təşkilatın mövcud məhsul və ya xidmətlərinə dəyişiklik edilərkən, həmçinin yeni məhsul və xidmətlər hazırlanan zaman yaradılması nəzərdə tutulan məhsul və/və ya xidmətin risk qiymətləndirməsinin həyata keçirilməsini təşkil edir;
  • risklərin idarə edilməsi üzrə struktur bölmələrlə koordinasiyalı formada fəaliyyətin təşkilini təmin edir, qarşılıqlı məlumat mübadiləsi apararaq toplanılan məlumatların təhlil edilməsini təmin edir;
  • Təşkilatın digər struktur bölmələrinə risklərin idarəedilməsi ilə bağlı metodoloji dəstək göstərilməsini təşkil edir; 
  • Risklər və onların idarəedilməsi üzrə işçilərə dövri əsasda təlimlərin keçirilməsini təmin edir;
  • Rəhbərlik tərəfindən və əsasnamə ilə müəyyən edilən digər iş öhdəliklərinin icrası.

Tələblər

  • Ali təhsil (hüquq, maliyyə və ya iqtisadi təhsil);
  • Risklərin idarəedilməsi sahəsi üzrə minimum  1 il iş təcrübəsi;
  • Böyük həcmli məlumat və sənədlərlə işləmək bacarığı;
  • Qərar qəbuletmə bacarığı, məsuliyyət;
  • Azərbaycan dilinin mükəmməl, Rus dili və İnglis dilinin orta səviyyədə bilinməsi;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Hesabatlılıq və proses idarəçiliyi bacarığı;
  • Komandada işləmə bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.