Bakı,
Azərbaycan
06/01/2026
-
20/01/2026
İş haqqında məlumat
- Əməliyyat və likvidlik riskləri üzrə limitlərin müəyyən edilməsi və Təşkilatın risk iştahası bəyannaməsinin hazırlanması.
- Daxili qaydalarla müəyyən edilən dövrilikdə əməliyyat və likvidlik risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi (o cümlədən, yeni məhsul və xidmətlərlə bağlı), nəticələrə dair hesabatların hazırlanması.
- Risklərin idarə edilməsi tədbirlərinin müəyyən edilməsi, risklərin monitorinqinin həyata keçirilməsi və daxili qaydalarla müəyyən edilən dövrilikdə hesabatlılığın təmin edilməsi.
- Əməliyyat və likvidlik risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi alətlərinin, metodlarının və ümumilikdə Təşkilatın risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi.
- Qiymətləndirmə nəticəsində aşkar edilən risklərin, müəyyən edilən idarəetmə tədbirlərinin və bunların tətbiq səviyyəsinin digər struktur bölmələrlə kommunikasiyasının həyata keçirilməsi.
- Risklərin idarə edilməsi siyasətinin, qaydalarının və risk iştahası bəyannaməsinin mütəmadi olaraq nəzərdən keçirilməsi və zərurət olduğu halda yeniləmələrin həyata keçirilməsi.
- Risk limitlərinin davamlı monitorinqinin, risk iştahası bəyannaməsinin tətbiqinə nəzarətin həyata keçirilməsi və kənarlaşmalar barədə hesabtlılığın təmin edilməsi.
- Təşkilatın risk mədəniyyətinin təkmilləşdirilməsi, riskin müəyyən edilməsi, riskin qəbulu və idarə edilməsi, habelə risk üzrə qərarların qəbul edilməsi üzrə norma, yanaşma və davranışların inkişaf etdirilməsi üçün tədbirlərin həyata keçirilməsi.
- Operativ məlumat mübadiləsinin təmini və bütün risklərin səmərəli şəkildə idarə olunması məqsədilə Təşkilatın digər struktur bölmələri ilə əməkdaşlığın aparılması və koordinasiyanın təşkil olunması.
- Təşkilatın fəaliyyətinə xas olan bütün risklərin, risk iştahasına uyğunluğuna nəzarət edilməsi.
- Fövqəladə hallarda yaranan risklərin qarşısının alınması və Təşkilatın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar, əməliyyat və biznesin davamlılığı planının hazırlanması.
- Risklərin idarə edilməsi sahəsi üzrə Təşkilatın əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi.
- Potensial və faktiki risk hadisələri barədə məlumat bazasının (risk reyestrinin) formalaşdırılması, nəzarət edilməsi və yeniləmələrin aparılması, o cümlədən, istilik xəritəsinin tərtib edilməsi.
- Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması məqsədilə Menecment İnformasiya Sisteminin və erkən xəbərdarlıq mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi işlərində iştirak edilməsi.
- Üçüncü tərəf xidmət təminatçıları (kənar xidmət) ilə əməkdaşlıqdan yaranan risklərin qiymətləndirilməsi və idarə edilməsi tədbirlərinin müəyyənləşdirilməsi.
İş şəraiti:
- Ofis daxili;
- İş qrafiki – 5 günlük
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Tələblər
- Ali təhsil;
- Təcrübə 2 il;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.