Risklərin idarə edilməsi və komplayens üzrə aparıcı mütəxəssis
Bakı Metropoliteni
Ə/h razılaşma ilə
3554
Tam iş günü
Bakı,
Azərbaycan
02/12/2025
-
09/12/2025
İş haqqında məlumat
- Cəmiyyətin fəaliyyət sahələri üzrə risklərin müxtəlif metodlarla (audit tapıntıları, istilik xəritəsi, ssenari təhlili və s.) müəyyən edilməsi və qiymətləndirilməsi;
- Risk insidentləri və uyğunsuzluqların vahid bazada qeydiyyatının aparılması, səbəblərin təhlili və nəzarətdə saxlanılması;
- Risk limitlərinə, erkən xəbərdarlıq indikatorlarına (KRI) riayət olunmasına daimi monitorinq nəzarətinin həyata keçirilməsi və hesabatlılığın təmin edilməsi;
- Daxili proseslərin qanunvericiliyə və standartlara uyğunluğunun yoxlanılması, maraqlar toqquşması və korrupsiyaya qarşı mübarizə tələblərinə riayət olunmasının monitorinqi;
- İnformasiya texnologiyaları əsaslı risklərin və daxili audit tapıntılarının yarada biləcəyi risklərin qiymətləndirilməsi və mitiqasiya tədbirlərinin izlənilməsi;
- Üçüncü tərəflərlə bağlı komplayens risklərinin qiymətləndirilməsi.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat və ya idarəetmə üzrə)
- Risklərin idarə edilməsi, daxili audit və ya komplayens sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Beynəlxalq risk idarəetmə standartları (ISO 31000, COSO ERM) və qanunvericilik barədə məlumatlılıq (müvafiq sertifikatların olması üstünlükdür);
- Böyük həcmli məlumatlarla işləmək, analitik təhlil və hesabatlılıq bacarığı;
- MS Office proqramlarında (xüsusilə MS Excel və PowerPoint) sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, detallara diqqət və problemləri həll etmə qabiliyyəti;
- Azərbaycan dili mükəmməl, peşəkar ədəbiyyatı və beynəlxalq təcrübəni araşdırmaq üçün yaxşı ingilis və ya rus dili biliyi arzuolunandır.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5421 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!