Bakı,
Azərbaycan
23/01/2026
-
06/02/2026
İş haqqında məlumat
Biz 5–11-ci siniflər üzrə təhsil alan şagirdlərlə işləmək üçün peşəkar və məsuliyyətli riyaziyyat müəllimləri axtarırıq.
- 5–11-ci sinif şagirdləri üçün riyaziyyat dərslərinin keçirilməsi;
- Şagirdlərin imtahanlara hazırlanması (MSO, buraxılış və qəbul imtahanları);
- Şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması;
- Tədris materiallarının, test tapşırıqlarının hazırlanması və dərs planlarının tərtib edilməsi;
- Şagirdlərin irəliləyişinə nəzarət və mütəmadi geribildirim;
- Hər bir şagirdə fərdi yanaşmanın tətbiqi.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əməkdaşlıq;
- Rahat və müasir tədris mühiti;
- Çevik iş qrafiki (razılaşma əsasında);
- Stabil əməkhaqqı;
- Peşəkar və karyera inkişafı imkanları.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Minimum 1 il pedaqoji təcrübə (tədris mərkəzlərində, məktəblərdə və ya fərdi şəkildə);
- Riyaziyyat fənnini dərindən bilmə və mövzuları aydın şəkildə izah etmək bacarığı;
- Rahat və motivasiyaedici tədris mühiti yaratmaq bacarığı;
- Qrup və fərdi şəkildə, əyani və onlayn formatda işləmək bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.