Bakı,
Azərbaycan
07.08.2025 11:43
-
07.09.2025 12:00
İş haqqında məlumat
- Məhsulun bazarda mövqeyini izləmək (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirmək, şirkətin imicinin müntəzəm tədqiqatını aparmaq;
- Qiymət siyasətinə və rəqib məhsullara olan tələbata nəzarət etmək, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etmək;
- Satış həcmlərini proqnozlaşdırmaq;
- Sifariş edilən məhsulların ölkəyə gətirilməsinə, Şirkətə çatdırılmasına və məhsulların mağazalar arasında müvafiq qaydada bölüşdürülməsinə biləvasitə nəzarət etmək;
- Məhsulun satılması üçün sxemlər hazırlamaq (yeni satış bölmələrindən mövcud dağıdıcı kanalların bərpasına qədər);
- Məhsul üçün qiymət siyasətini inkişaf etdirmək, malların satış şərtlərini müəyyən etmək (fərdi müştərilər qrupuna endirimlər və faydalar sistemi);
- Potensial alıcılara və istehlakçılara məhsul təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etmək;
- Məhsulun xüsusiyyətlərini tədqiq etmək, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etmək;
- Məhsulun irəliləməsi və satışı üçün bir sıra öhdəlikləri həyata keçirmək;
- Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək;
- Rəqiblərin qiymət siyasətini, bazar payını, satış aktivliyini araşdırmaq.
İş qrafiki həftənin 5 günü (I-V günlər)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil;
- Ruijie Reyee və Hikvision brendi haqqında müvafiq bilik və təcrübəyə malik olması (!)
- Ən azı 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dili yüksək səviyyədə;
- Yüksək səviyyədə görüşlərin,danışıqların aparılması üzrə bacarıqlar;
- İşi planlamaq bacarığı ;
- Strateji düşüncə bacarığı ;
- İşgüzar əlaqələrin qurulması qaydaların .
Bilməlidir
- Biznesin əsaslarını, qiymətləndirmə üsullarını, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını;
- Bazarın inkişaf modellərini və mallara tələbatın formalaşmasını;
- Biznesin idarəedilməsini;
- Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını;
- Marka xüsusiyyətlərini.