Bakı,
Azərbaycan
24.09.2025 10:50
-
24.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətin işçilərini müntəzəm olaraq ilkin tibbi yardım haqqında təlimatlandırmaq;
- Şirkətin təlimatlarını dəqiq yerinə yetirmək;
- İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək;
- İşçilərin fiziki iş qabiliyyətinin bərpa edilməsinə yardım etmək;
- Yaralanmış işçilərə sarğıların qoyulması və dəyişdirilməsi;
- Müntəzəm olaraq işçilərin sağlamlığını müayinə etmək;
- Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib, onları prosedur kabinetində tələblərə uyğun saxlayıb, xəstələrə təyinata uyğun vermək;
- Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və dərmanların istifadə müddətlərinə nəzarət etmək,yenilənməsini təmin etmək;
- Müvafiq kurator və SƏTƏM işçisi tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.CV-lərin qəbulu üçün son tarix 24.10.2025-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sahə həkimi (Tibb işçisi)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Ali tibbi təhsil və ya tibbi kollec;
- Son 3 ildə müvafiq sahədə iş təcrübəsi;
- Tibbi yardım göstərmək üçün setifikat və ya vəsiqə üstünlükdür;
- MS Office proqramlarında işləmə bacarığı;
- Hərbidə adiyyatı sahə üzrə təcrübə olması üstünlükdür.