hrin.az
KVAN GROUP MMC

Sahə Memarı (Site Architect)

KVAN GROUP MMC

Əmək haqqı: 2000 ₼

54221 oktyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

İş şəraiti

  • Layihə: Bahar Residence
  • İş rejimi: Həftə içi 5 gün, saat 08:00–17:00
  • Əmək haqqı: 2000 AZN

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində aparılan işlərin təsdiq olunmuş memarlıq layihələrinə, texniki şərtlərə və tikinti normalarına uyğunluğuna gündəlik nəzarət etmək;
  • Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları aşkar etmək və aradan qaldırılması üçün texniki həllər hazırlamaq;
  • Sahədə icrası mümkün olmayan və ya faktiki vəziyyətə uyğun gəlməyən layihə hissələrini yenidən işləmək, düzəlişlər etmək və uyğunlaşdırmaq;
  • Tikinti prosesində memarlıq işlərinin mütəmadi yoxlanılmasını həyata keçirmək, aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək;
  • Memarlıq və interyer həllərinin tikinti sahəsində düzgün tətbiqini təmin etmək;
  • Podratçı və subpodratçıların yerinə yetirdiyi memarlıq və tamamlama işlərinin keyfiyyətini və layihəyə uyğunluğunu yoxlamaq;
  • Memarlıq, konstruksiya və MEP (mexanika, elektrik və santexnika) layihələri arasında uyğunsuzluqları müəyyən etmək və əlaqələndirməni təmin etmək;
  • Sahədə yaranan texniki sualları operativ cavablandırmaq, zəruri hallarda layihəçi təşkilatlarla koordinasiya aparmaq;
  • Layihə dəyişikliklərinin sənədləşdirilməsini və yenilənmiş çertyojların hazırlanmasını təmin etmək;
  • Tikinti işlərinin icra vəziyyəti və aşkar olunmuş uyğunsuzluqlar barədə mütəmadi hesabatlar hazırlamaq;
  • Layihənin memarlıq həllərinin optimallaşdırılması və texniki problemlərin aradan qaldırılması üzrə təkliflər vermək.

Namizədə tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Memarlıq və tikinti sahəsində minimum 4 il iş təcrübəsi;
  • Yaşayış kompleksləri və çoxmərtəbəli binaların tikintisində iş təcrübəsi üstünlükdür;
  • AutoCAD, ArchiCAD və ya Revit proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (vacibdir);
  • 3D modelləşdirmə və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər;
  • Memarlıq işçi layihələrini, detalları və texniki çertyojları sərbəst oxumaq və hazırlamaq bacarığı;
  • Tikinti norma və qaydaları, materiallar və tikinti texnologiyaları üzrə biliklər;
  • Sahədə ölçü götürmək, faktiki vəziyyəti layihə ilə müqayisə etmək və operativ texniki həllər hazırlamaq bacarığı;
  • Podratçılar və layihəçilərlə effektiv kommunikasiya qurmaq bacarığı;
  • Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyət hissi;
  • Komandada işləmək və operativ qərarvermə bacarığı.

Təklif edirik:

  • Aylıq sabit əmək haqqı: 2000 AZN;
  • Böyükmiqyaslı yaşayış kompleksi layihəsində iştirak imkanı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.