İDG Construction MMC

Sahə mühəndisi

İDG Construction MMC
1800 - 2200 ₼
4377
Tam iş günü
Bakı, Azərbaycan
17/06/2026 - 01/07/2026

İş haqqında məlumat

  • Fit-out (interyer tamamlama) layihələri üzrə sahədə işlərin layihəyə, texniki tələblərə, keyfiyyət standartlarına və iş qrafikinə uyğun icrasını təmin etmək, podratçı və təchizatçılarla koordinasiyanı həyata keçirmək.

Vəzifə öhdəlikləri

  • Fit-out işlərinin (alçıpan, asma tavan, döşəmə, boya, mebel, şüşə və dekorativ işlər) gündəlik icrasına nəzarət etmək;
  • İşlərin təsdiq olunmuş layihə, shop drawing və texniki spesifikasiyalara uyğun aparılmasını təmin etmək;
  • Sahədə çalışan podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
  • Elektrik, mexaniki və santexnik işlərin interyer işləri ilə uyğunluğunu təmin etmək;
  • Materialların qəbulunu, keyfiyyətini və düzgün istifadəsini yoxlamaq;
  • Görülən işlərin ölçülməsi və yerinə yetirilmiş iş həcmlərinin təsdiqlənməsində iştirak etmək;
  • İş qrafikinin icrasına nəzarət etmək və gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;
  • Keyfiyyətə nəzarət proseslərini həyata keçirmək və uyğunsuzluqları aradan qaldırmaq;
  • HSE (əməyin mühafizəsi və təhlükəsizlik) qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Gündəlik və həftəlik iş hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Snag list və punch list işlərinin bağlanmasını təmin etmək;
  • Layihənin vaxtında və keyfiyyətlə təhvil verilməsi prosesində iştirak etmək.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
  • Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
  • Əmək haqqı 1800 – 2200 AZN (təcrübəyə görə dəyişir) 

Tələblər

  • İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Fit-out və ya interyer layihələrində minimum 2 il iş təcrübəsi;
  • Texniki çertyoj və shop drawing-ləri oxuma bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Tikinti norma və standartları üzrə biliklər;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik və diqqətlilik; 
  • Vaxtın düzgün idarə edilməsi; 
  • Operativ qərarvermə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar