Betonist

Sahə mühəndisi (Prefabrik dəmir-beton məmulatları üzrə)

Betonist
Ə/h razılaşma ilə
329
Tam iş günü
Bakı, Azərbaycan
20/11/2025 - 20/12/2025

İş haqqında məlumat

  • Prefabrik dəmir-beton konstruksiya elementlərinin və bünövrələrin layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması;
  • Yerində beton tökmə işləri ilə əlaqədar layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması;
  • Geologiya sənədlərini elmi əsaslarla təhlil etmək, qazma işlərinin sahədə normativ-texniki tələblərə uyğun şəkildə aparılmasına nəzarət göstərmək, bünövrə üçün təqdim edilmiş kipləşdirilmiş dolğu materialının geotexniki göstəricilər əsasında uyğunluğunu qiymətləndirmək və kipləşdirmə prosesini texnoloji tələblərə uyğun şəkildə idarə etmək;
  • Montaj öncəsi konstruksiya elementlərinin ölçülərini, uyğunluğunu və sayını layihə ilə müqayisəli şəkildə yoxlamaq;
  • Avtokran, qaldırıcı və digər xüsusi texnikanın işini düzgün planlaşdırmaq və rəhbərlik etmək;
  • Montaj zamanı istifadə olunan birləşmə materiallarının (qumsement məhlulu, qaynaq, bolt, anker və s.) keyfiyyətinə nəzarət etmək;
  • Keyfiyyətə nəzarət sənədləri, montaj aktları və icra sənədlərini hazırlamaq;
  • Podratçılar, texniki nəzarət, layihəçi və digər tərəflərlə işgüzar əlaqələri idarə etmək;
  • Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi;
  • Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi;
  • Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı;
  • Davamlı peşəkar inkişaf və təlim dəstəyi;
  • Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı;
  • Rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi perspektivi. 

Tələblər

  • Mühəndislik və ya tikinti sahəsi üzrə ali təhsil;
  • Komandada idarəetmə və qərarvermə qabiliyyəti; 
  • Güclü analitik və təşkilatçılıq bacarıqları; 
  • MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı; 
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür;
  • Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi;
  • Azərbaycan ərazisi üzrə ezamiyyətə gedilməsi;
  • Sürücülük vəsiqəsinin olması zəruridir, şəxsi avtomobillin olması üstünlükdür. 

Oxşar vakansiyalar