AZFEN MMC

Sahə Nəzarətçisi

AZFEN MMC
Ə/h razılaşma ilə
3232
Tam iş günü
Bakı, Azərbaycan
06/01/2026 - 20/01/2026

İş haqqında məlumat

AZFEN MMC Bayıl sahəsindəki layihə üçün sahə nəzarətçilərini müsahibəyə dəvət edir.  
Tikinti və istismara verilmə işləri zamanı işə İcazə, işlərin nəzarəti, proses təhlükəsizliyi, enerji izolyasiyasi və SIMOPS nəzarətlərini idarə, koordinasiya və təmin edir;

  • İşlərin təhlükəsiz icrasını, yüksək riskli fəaliyyətlərin effektiv idarə olunmasını və AZFEN, müştəri və qanunvericiliyin SƏTƏM tələblərinə tam uyğunluğunu təmin edir.

İşə İcazə (PTW) və İşlərin Nəzarəti (CoW)

  • AZFEN-in PTW və CoW sistemlərinin ümumi idarə olunması və sahədə bütün fəaliyyətlər üzrə ardıcıl və intizamlı tətbiqinin təmin edilməsi.
  • Bütün növ iş icazələrinin təsdiqlənməsi və nəzarəti, təhlükələrin, interfeyslərin və risklərin düzgün müəyyən edilməsi və idarə olunmasının təmin edilməsi.
  • Gündəlik İcazə Koordinasiya / Planlaşdırma Toplantılarına rəhbərlik edərək yeni icazələrin, davam edən işlərin, kritik fəaliyyətlərin və tikinti–istismara verilmə interfeyslərinin nəzərdən keçirilməsi.
  • Qarşılıqlı təsir göstərən və ya ziddiyyət yaradan fəaliyyətlərin uyğun şəkildə koordinasiyası, ardıcıllığının müəyyən edilməsi, dayandırılması və ya təhlükəsiz hala gətirilməsi.

Proses Təhlükəsizliyinin İdarə Edilməsi

  • Tikinti, istismara hazırlıq və istismara verilmə mərhələlərində proses təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasının təmin edilməsi.
  • Sızma, təzyiq artımı, toksik buraxılışlar və alovlanma mənbələri ilə bağlı baryerlərin və qoruyucu tədbirlərin effektivliyinin yoxlanılması.
  • PTW fəaliyyətlərinin istismara verilmə planları və sistemlərin hazırlıq statusu ilə uyğunluğunun təmin edilməsi.
  • Təzyiq sınaqları, sistemlərin işə salınması, enerji verilməsi və canlı sistemlərdə işlər kimi təhlükəsizlik baxımından kritik fəaliyyətlərin icrasına dəstək verilməsi.
  • İcazə yoxlamaları, sahə ilə qarşılıqlı əlaqə və təminat fəaliyyətləri vasitəsilə proses təhlükəsizliyi mədəniyyətinin təşviqi.

Enerji İzolyasiyası və LOTO

  • Elektrik, mexaniki, hidravlik, pnevmatik və yığılmış enerji daxil olmaqla bütün təhlükəli enerji mənbələri üçün etibarlı izolyasiya və LOTO nəzarətlərinin tətbiqinin təmin edilməsi.
  • Xüsusilə istismara verilmə və sistemlərin təhvil-təslimi zamanı izolyasiya planlarının, sertifikatların və sərhəd idarəçiliyinin düzgünlüyünün yoxlanılması.
  • İzolyasiyaların aydın şəkildə işarələnməsi, tətbiqi, yoxlanılması, qeydiyyatı və prosedurlara uyğun bərpasının təmin edilməsi.
  • Elektrik izolyasiyaları və enerji verilməsi fəaliyyətləri üzrə Məsul Elektrik Şəxsi (REP) / Baş Səlahiyyətli Elektrik Şəxsi (SAEP) ilə koordinasiya.

SIMOPS və İnterfeyslərin İdarə Edilməsi

  • Tikinti, istismara verilmə, əməliyyatlar və podratçı fəaliyyətləri arasında eyni vaxtda icra olunan işlər (SIMOPS) üzrə risklərin müəyyən edilməsi və idarə olunması.
  • SIMOPS fəaliyyətlərinin risk qiymətləndirmələri, körpü sənədləri və aydın iş ardıcıllığı ilə dəstəklənməsinin təmin edilməsi.
  • Müxtəlif iş sahələri arasında təhlükəsiz interfeyslərin qorunması üçün mərkəzi koordinasiya funksiyasının icrası.
  • Yüksək riskli və ziddiyyətli SIMOPS hallarının zərurət olduqda layihənin rəhbərliyinə eskalasiyası.

Səriştə, Təminat və Davamlı Təkmilləşmə

  • PTW ilə bağlı rolların təsdiqlənməsi və AZFEN və müştəri tələblərinə uyğun səriştə reyestrinin aparılması.
  • PTW, Proses Təhlükəsizliyi, İzolyasiya və SIMOPS nəzarətlərinin mütəmadi monitorinq, yoxlama və auditlərə cəlb edilməsi.
  • Audit nəticələrinin, uyğunsuzluqların və tendensiyaların təhlili, düzəldici tədbirlərin vaxtında icrası.
  • Öyrənilmiş dərslərin, audit nəticələrinin və prosedurdan kənar halların, o cümlədən AZFEN Yerli Qaydalarının paylaşılması.


 

Tələblər

  • NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq SƏTƏM ixtisası (Diplom üstünlükdür).
  • Tikinti və istismara verilmə mühitlərində (neft-qaz / enerji layihələri) minimum 8–10 il SƏTƏM Sahə Nəzarətçisi təcrübəsi.
  • Beynəlxalq SƏTƏM və proses təhlükəsizliyi standartları, eləcə də müştəri tələbləri üzrə güclü biliklər.
  • Yüksək riskli əməliyyat mühitlərində liderlik, koordinasiya və qərarvermə bacarığı.

Aşağıdakı sahələrdə sübut olunmuş təcrübə:

  • İşə İcazə (PTW) və İşlərin Nəzarəti (CoW) sistemləri
  • Proses təhlükəsizliyi
  • Enerji izolyasiyası və LOTO
  • SIMOPS planlaşdırılması və koordinasiyası

Oxşar vakansiyalar