Bakı,
Azərbaycan
16.07.2025 12:37
-
16.08.2025 12:00
İş haqqında məlumat
- Yol işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə, müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Yol-inşaat materiallarının, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
- Sahədə görülən tikinti işlərinə bilavasitə nəzarət etmək və işlərin vaxtında təhvil verilməsinə məsuliyyət və cavabdehlik daşımaq;
- Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Tikinti işlərinin aparılması zamanı işçilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Rəhbərliyə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
- Yolun quruluşu və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onlara istehsalat tapşırıqlarını vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük iş rejimi.
Tələblər
- Ali təhsil (İnşaat, tikinti, yol mühəndisliyi və ya müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 10 il təcrübə;
- Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
- Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD və digər profil proqram təminatları;
- Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını mükəmməl bilmək.