MAN-G Design and Construction MMC
Ə/h razılaşma ilə
1966
Tam iş günü
Bakı, Azərbaycan
14.08.2025 11:57 - 14.09.2025 12:00

İş haqqında məlumat

Siz də tikinti və təmir şirkətində bilik-bacarıqlarınızı artırmaq istəyirsinizsə, bizə qoşulun.

Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.

  • Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirir;
  • Briqadanın formalaşmasını (onların say, peşə və ixtisas tərkibini) yerinə yetirir və onların fəaliyyətini əlaqələndirir;
  • Fəhlələrin bilavasitə iş yerlərində təlimatlandırılması və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlərin aparır;
  • İşçilərin görüləcək işlərin həcminə görə sahələr üzrə düzgün iş bölgüsünün aparılması, təbii şəraiti nəzərə almaqla işin sürətinə görə tamamlama vaxtının müəyyən edir;
  • Sahəyə təhkim olunmuş avadanlıqlara texniki xidmətin göstərilməsinə, cari təmirinin aparılmasına və daima işlək vəziyyətində olmasına nəzarət edir;
  • Tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınması istiqamətində müəyyən işlərin görülməsi. Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar və alətlərin əldə edilməsi üçün sifarişlərin hazırlanması və onlardan səmərəli istifadə edilməsinə nəzarət edir;
  • Sifarişçilərə tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı- ayrı hissələrin təhvil verilməsində iştirak edir;
  • İş qrafiki 6 günlükdür;
  • Əmək haqqı razılaşma yolu ilə;
  • Sahəyə aid olaraq istənilən təlim xərcinin müəssisə tərəfindən tam qarşılanması;
  • Korporativ danışıq və internet paketləri.

Müraciət etmək istəyən namizədlər "Sahə rəisi" qeyd edib CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (Memarlıq və İnşaat Universiteti);
  • Tikinti və təmir sahəsində 3 il və daha çox təcrübə;
  • Azərbaycan dili əla, İngilis dili və Rus dili üstünlükdür;
  • Güclü kommunukasiya və kordinasiya bacarıqları.


Oxşar vakansiyalar