Bakı,
Azərbaycan
23/12/2025
-
06/01/2026
İş haqqında məlumat
İş yeri: Bakı və Ələt ərazisi
- Ümumi layihə ərazisində şirkət əməkdaşlarının gündəlik işlərinə nəzarətin həyata keçirilməsi;
- İşçilərə iş öncəsi təlimatların verilməsi və tapşırıqların bölüşdürülməsi;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının təmin edilməsi;
- Layihə üzrə Bakı şəhəri ərazisində yerləşən müxtəlif sahələrdə iş prosesinə nəzarətin təmin edilməsi;
- Sahə üzrə vizual baxışın aparılması, nöqsanların operativ aradan qaldırılması;
- Mal-material təminatına və düzgün istifadəsinə nəzarət edilməsi;
- Gündəlik tabelin doldurulması və qısa hesabatların hazırlanması;
- Fövqəladə hallarda iş prosesinə operativ reaksiya verilməsi və işçilərin fəaliyyətinin koordinasiyası.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: 5 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- İş fəaliyyəti ilə bağlı yanacaq xərcləri şirkət tərəfindən ödənilir;
- Əmək haqqı: Razılaşma əsasında.
Tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Komanda idarəetmə bacarığı
- Məsuliyyətli və operativ olmaq
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər (üstünlükdür)
- Şəxsi avtomobilin olması (mütləqdir)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.