hrin.az
Azersun Holding

Sahə rəisi

Azersun Holding

Əmək haqqı: Razılaşma

28720 oktyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərQubadlı
CinsFərq etməz
Yaş18+
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vəzifəyə tələblər:

  • Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə müvafiq ixtisasda ali təhsil;
  • Kənd təsərrüfatı istehsalı və idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi; rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır;
  • Komandanın idarə edilməsi, iş bölgüsünün aparılması, qərarların qəbul edilməsi, tapşırıqların icrasına nəzarət və münaqişələrin effektiv həlli bacarığı;
  • Kənd təsərrüfatı istehsalının planlaşdırılması, aqrotexniki proseslər, büdcə və resursların idarə edilməsi, istehsal göstəricilərinin təhlili üzrə bilik və bacarıqlar;
  • Yüksək liderlik, təşkilatçılıq, analitik düşünmə, ünsiyyət və qərarvermə bacarıqları, məsuliyyətlilik və nəticəyönümlülük;
  • MS Office proqramlarından istifadə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin kənd təsərrüfatı fəaliyyətinin ümumi idarə edilməsini təşkil etmək, istehsal proseslərini planlaşdırmaq və onların icrasına nəzarət etmək;
  • Əkin dövriyyəsi, becəriləcək məhsul növləri, əkin sahələrinin bölgüsü və istehsal həcmləri üzrə təklifləri nəzərdən keçirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;
  • Baş aqronom tərəfindən təqdim olunan istehsal proqnozlarını, məhsuldarlıq göstəricilərini və aqrotexniki tədbirlər planlarını təhlil etmək, zəruri təkmilləşdirmələrlə bağlı təkliflər vermək;
  • Müəssisənin illik, mövsümi, aylıq və gündəlik istehsal planlarının hazırlanmasını təşkil etmək və təsdiq edilmiş planların icrasına nəzarət etmək;
  • Məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə tədbirlər hazırlamaq və onların icrasını təmin etmək;
  • Əməkdaşların davamiyyətinə, iş vaxtından səmərəli istifadəsinə və əmək intizamına nəzarət etmək, aşkar edilmiş pozuntular barədə müəyyən edilmiş qaydada aidiyyəti struktur bölmələrə məlumat vermək;
  • İstehsal planlarına uyğun olaraq büdcə layihələrinin və əməliyyat xərclərinin hesablanması prosesində iştirak etmək, resurslardan səmərəli istifadəyə nəzarət etmək;
  • Müəssisənin istehsal fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq, mövsümi və illik hesabatların hazırlanmasını təşkil etmək, istehsal göstəricilərinin təhlilini təmin etmək.

İş şəraiti

  • İş ünvanı: Qubadlı
  • İş qrafiki: 5 günlük, bazar ertəsi-cümə günləri 09:00-18:00
  • Nahar və qalacaq yer şirkət tərəfindən təmin edilir.