Ağdam,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
- Prefabrik dəmir beton məmulatlarının istehsal prosesinin planlanması, təşkili və idarə olunması.
- İstehsalın layihə üzrə aparılması və son kontrolların edilməsi.
- İstehsalatda texnoloji proseslərə, keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.
- İşçilərin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü və nəzarəti həyata keçirmək;
- İstehsalat avadanlıqlarının düzgün istismarı və vaxtında texniki baxışının təmin olunması;
- İstehsalat planlarının icrasını təmin etmək və hesabatların hazırlanması;
- Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi.
- Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.
- Müxtəlif layihə komandaları ilə sıx əməkdaşlıq (arxitektorlar, texnoloqlar, sahə mühəndisləri və s.).
İş şəraiti
- İş yeri: Ağdam rayonu, Ağdam Sənaye Parkı
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Biz sizə təklif edirik:
- Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
- Rəqabətli əmək haqqı.
- Qidalanma və yaşayış yeri
Tələblər
- İnşaat Mühəndisi ixtisası üzrə ali təhsil
- Tikinti sahəsində ən azı 3 il rəhbər iş təcrübəsi;
- İstehsalat proseslərinin təşkili və rəhbərliyi üzrə bilik və bacarıqlar;
- Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
- Güclü analitik və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.