Xaçmaz,
Azərbaycan
18/09/2026
-
02/10/2026
İş haqqında məlumat
İş yeri: Xaçmaz Konserv Fabriki
Sahə: Su və qazlı içkilər
Əsas vəzifə öhdəlikləri:
- Sahənin və növbənin istehsalat tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək
- Məhsulların müəyyən edilmiş texnologiyaya uyğun və yüksək keyfiyyətdə istehsalını təmin etmək
- Avadanlıqların fasiləsiz və səmərəli işləməsinə nəzarət etmək
- İstehsalat prosesində yaranan nasazlıq və xətaların vaxtında müəyyən edilərək aradan qaldırılmasını təmin etmək
- Xammaldan səmərəli istifadəyə və istehsalat ehtiyatlarının düzgün qiymətləndirilməsinə nəzarət etmək
- İstehsalat fəaliyyətinin nəticələrini və avadanlıqların boşdayanma səbəblərini təhlil etmək
- Məhsulun keyfiyyət və qida təhlükəsizliyi tələblərinə uyğun istehsalını təmin etmək
- İstehsalat tapşırıqlarının operativ uçotunu aparmaq
- Növbə nəzarətçisi, operator, briqadir və digər əməkdaşların texnoloji və əmək intizamına riayət etməsinə nəzarət etmək
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək və rəhbərliyə məlumat vermək
Tələblər
- Ali təhsil – müvafiq texniki, mühəndislik və ya istehsalat yönümlü ixtisaslar üzrə
- İstehsalat sahəsinin idarə olunması üzrə müvafiq iş təcrübəsi
- İstehsal və texnoloji proseslər haqqında biliklər
- Avadanlıqların iş prinsipləri və istehsalat proseslərinə dair anlayış
- Qida təhlükəsizliyi və keyfiyyət tələbləri üzrə biliklər
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək
- Analitik düşüncə və operativ qərarvermə bacarığı
- Komanda idarəetməsi və güclü təşkilatçılıq bacarığı
- Məsuliyyətlilik və iş prosesinə nəzarət etmək bacarığı