Bakı,
Azərbaycan
08/05/2026
-
22/05/2026
İş haqqında məlumat
- Satış göstəricilərinə dair hesabatların yaradılması/yenilənməsi və təhlili (gündəlik, həftəlik, aylıq, illik);
- Satışa dair proqnozların və risk təhlilinin təqdim olunması;
- Satışa aid bonusların hasablanmasına dair olan hesabatların təqdim edilməsi, satış bonusların hesablanması ;
- Hesabatların keyfiyyətli hazırlanması, maraqlı təqdim olunması və avtomatlaşdırılması ilə bağlı daim təkliflər verilməsi;
- Menecment tərəfindən verilən kommersiya hesabatlarına və analizlərə aid olan əlavə tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsi;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiya
- Performans əsasında həvəsləndirici və bonuslar
- Əlavə imtiyazlar
- Performansa əsaslanan mədəniyyət
- Müxtəlif təhsil və inkişaf imkanları
- Karyera inkişaf imkanı
- Hibrid iş imkanı
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi
- Innovativ məhsullar və rəqəmsallaşma
- Beynəlxalq təcrübə
- Yüksək bacarığa malik peşəkar komanda
- Kross-funksional əməkdaşlıq
- Təcrübə mübadiləsi
Tələblər
- İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, Kibernetika, Statistika üzrə Ali təhsil;
- Uyğun sahələrdə 1-2 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dillərini yüksək səviyyədə bilməsi;
- MS Excel (PowerPivot, Macros) yüksək səviyyədə, statistik təhlil və böyük həcmdə məlumat ilə işləyən ən azı bir proqramın orta səviyyədə bilməsi (SQL, Stata, SPSS, SAS, R);
- Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
- Mükəmməl təşkilatçılıq və ünsiyyət bacarıqları;
- Peşəkarlıq, yüksək şəxsi keyfiyyətlər və komanda oyunçusu;
- Müştəri yönümlü düşünmə qabiliyyəti;
- Bir çox işləri eyni zamanda, verilən vaxtda yerinə yetirilmə;
- Müstəqil iş görmə bacarığı, İT mütəxəssisləri ilə səmərəli ünsiyyət və müştəri ilə texniki işçilərin arasında yaranan boşluqları uğurla tamamlama bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.