hrin.az
NAM Academy

SAT Math müəllimi

NAM Academy

Əmək haqqı: Razılaşma

31020 oktyabr 2026
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18+
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

NAM Academy komandamıza peşəkar SAT Math müəllimi axtarırıq. Akademiyamızda tələbələrin SAT imtahanına yüksək səviyyədə hazırlanmasında iştirak edəcək, bilik və təcrübəsinə güvənən müəllimlə əməkdaşlıq etmək istəyirik.

Əsas vəzifələr

  • SAT Math proqramı üzrə dərslərin təşkili və tədrisi;
  • Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və inkişafının izlənilməsi;
  • SAT imtahanının formatına uyğun test və praktiki tapşırıqların hazırlanması;
  • Tədris materiallarının hazırlanması və müasir tədris metodlarından istifadə.

Namizədə dair tələblər

  • SAT Math mövzularını dərindən bilmək;
  • SAT imtahanının strukturu və qiymətləndirmə sistemi üzrə məlumatlı olmaq;
  • Riyazi anlayışları aydın və sistemli şəkildə izah etmək bacarığı;
  • Tələbələrlə effektiv ünsiyyət qurmaq və fərdi yanaşma nümayiş etdirmək;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
  • Akademiyanın sosial media hesabları üçün hazırlanan video çəkilişlərdə iştirak etmək;
  • Kamera qarşısında sərbəst danışmaq və fikirlərini aydın ifadə etmək bacarığı.

İş şəraiti

  • İş yeri: NAM Academy;
  • İş qrafiki və əməkhaqqı namizədin təcrübəsi və qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.