Minor Electronics

Satıcı-anbardar (Sabunçu filialı üzrə)

Minor electronics
500 ₼
2518
Tam iş günü
Bakı, Azərbaycan
17.10.2025 05:11 - 17.11.2025 12:00

İş haqqında məlumat

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Mağaza məhsullarının satışını həyata keçirmək;
    Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq;
  • Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.

İş şəraiti:

  •  İş rejimi: 6 günlük iş qrafiki ;
  •  Əmək haqqı: 500 azn;
  • Ünvan: Sabunçu rayonu, Dəmiryolu vağzalı, 1-ci mərtəbə.

Qeyd: Müvafiq tələblərə uyğun olan CV-lərinizi mövzu yerinə “satıcı-anbardar” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərsiniz.

Tələblər

  • Təhsil: Orta;
  • Yaş: 18 – 40;
  • BƏY namizədlərə üstünlük verilir;
  • Fiziki cəhətdən sağlam;
  • Kollektivdə işləmək bacarığı.


Oxşar vakansiyalar